Nikolay Amosov ürəkdə apardığı ölkədə ilk cərrahi əməliyyatlarla tanınmırdı. On minlərlə insan onun sağlam həyat tərzi barədə yazdığı kitabları oxuduqdan sonra Amosov məhşurlaşdı.
Ürəkdə aparılan cərrahi əməliyyatların pioneri olmuş adam həkimlik məsuliyyətinin, dəmir sinirlərə malik olmanın və həyatla ölümün nə olduğunu yaxşı bilirdi.
Gələcək cərrah doğma kəndinin ətraf ərazilərində doğum qəbul edən mama-tibb bacısının övladı idi. Anası oğlunu təkbaşına, sözün əsl mənasında, kasıbçılıq içində böyütmüş, tərbiyə etmişdi. Ali təhsil aldıqdan sonra tibbi təcrübəsini hərbi-sahə cərrahiyyəsi şəraitində almalı oldu – müharibə başlamışdı. Hərbi hospital müxtəlif döyüş sahələrinə atlarda daşınırdı. Onun beş nəfərdən ibarət komandasının əlindən müharibə illərində 40 mindən çox yaralı keçmişdi.
Uşaqlarda ağır ürək qüsurları zamanı müdaxilələrə ilk cəhdlərini 1955-ci ildə etmişdi. Amosov aparatı adlandırılan süni qan-dövranı cihazı ilə ilk uğurlu əməliyyat 1960-cı ildə baş tutmuşdu. 1962-ci ilə isə Amosov xüsusi ürək klapanları icad etrmişdi.
O digər ideyalarını da reallaşdıra bilərdi, amma öz ürəyi buna tab gətirmirdi. Onun orqanizmi həddindən çox zəifləmişdi, o hər xətaya görə, əməliyyat zamanı hər bir ölüm hallarına görə özünü qınayır, ürəyinə salırdı. Ürək qüsuru olan kiçicik qız uşağının ölümündən sonra o, dərin mənəvi böhrana uğradı.
Bu ağır yükdən azad olmaq üçün
o yaşadığı həyəcanla dolu hisslərini yazmağa başladı – beləliklə onun “Elm və
Həyat” jurnalında dərc olunmuş üçmilyonluq tirajla ilk kitabı çıxdı və bu əsər
onmilyonluq “Roman-qazeta”-da təkrar nəşr edildikdən sonra o bütün ölkədə məşhurlaşdı.
Özünə qarşı tələbkarlıq, sözlərində səmimiyyət, cəsarət və xəstələrə qarşı mərhəmət
kimi xüsusiyyətlər bir çoxlarının ürəyində dərin izlər buraxdı.
Bəlkə də elə buna görədir ki,
artıq kifayət qədər ahıl yaşlarında, ağır əməliyyatdan sonra qocalığa qarşı
üsyan edərək özünün gərginlik və məhdudiyyətlərdən ibarət xüsusi sistemini tətbiq
edən zaman bütün ölkə nəfəslərini saxlayaraq onu təqib edirdi. Amosovun
sağlamlıq sistemi minlərlə insanı özünə cəlb etmişdi.
Budur, tanış olun, tanınmış həkim Nikolay Amosovun sağlamlıq sisteminin əsas qaydaları:
2. Həkimlər yalnız xəstəliyi müalicə edirlər, sağlamlığını qorumaq isə hər kəsin öz işidir.
Ona görə ki, sağlamlıq orqanların, bütün bizim fiziologiyamızın “rezerv gücüdür”. Onlar bizim müxtəlif hallarımızda – sakit və gərgin vəziyyətlərdə - həm fiziki, həm də psixiki olaraq, habelə xəstələnmələrə qarşı, xəstələnmişiksə, imkan daxilində ölməmək üçün orqanizmin normal funksional göstəricilərini lazımi səviyyədə saxlayırlar. Məsələn, məşqlər və yaxud qaçış zamanı qan təzyiqinin və nəbzin 1,5 dəfədən artıq artmasına imkan vermir və bu zaman əmələ gələn təngnəfəsliyin tez aradan qaldırılmasına xidmət edir. Habelə yelçəkəndən qorxmamaq, soyuqdəymənin dərmansız tez bir zamanda özü-özünə keçməsi üçün. Ümumiyyətlə, yaxşı işləmək, yatıb-durmaq, “yeyib içmək” üçündür.
Beləliklə, bu “güclər” dərmanla əldə edilmir. Yalnız məşqlər, bədən tərbiyəsi
ilə. Habelə - işləməklə, soyuğa, istiyə, aclığa, yorğunluğa dözümlülüklə.
3. Xəstəlik nədir, hamı hiss edir:
Xəstəlik xoşbəxtliyi, səadəti hiss etməyə və hətta, deyərdim, normal yaşamağa belə mane olan müxtəlif funksiyaların cansıxıcı pozğunluğudur. Səbəbləri də məlumdur: xarici “törədicilər” (infeksiyalar, ekologiya, ictimai sarsıntılar), şəxsi qeyri səmərəli davranış. Bəzən – anadangəlmə qüsurlar.
Təsdiq edirəm: insan təbiəti
möhkəmdir. Ən azı böyük əksəriyyətində. Düzdür, xırda xəstəliklər qaçılmazdır,
amma ciddi xəstəlik, əsas etibarı ilə qeyri səmərəli həyat tərzi ilə bağlıdır:
rezervlərin məşq etdirilməməsi səbəbi ilə azalması, zəifləməsidir. Xarici təsir, kasıbçılıq,
streslər – ikinci yerdədir.
4. Rezervlərin məşqi düşünülmüş şəkildə olmalıdır.
Bu tədricən, amma inadkarcasına olmalıdır. Məşqlərin məğzi – məhdudiyyət və yüklənmə rejimidir. Bu mənim əsas qayəmdir. Əslində heç də orijinal bir şey düşünmədim. Əsas 3 məqam vardır:
- Birinci – yağların minimum olduğu qida, hər gün 300 q meyvə və tərəvəz və bədən çəkisi kiloqram olaraq boyun ölçüsündən 100 çıxılmaqla alınan rəqəmdən çox olmasın.
- İkinci – bədən tərbiyəsi. Burada işlər bir qədər mürəkkəbdir. Bu hamıya lazımdır, amma uşaqlar və qocalar üçün xüsusilə vacibdir. Belə ki, indi demək olar ki, çoxları iş yerində fiziki olaraq gərginliyə məruz qalmadığına görə, məntiqlə, az-çox normal sağlamlıq üçün hər kəsə gündəlik bir saat məşq etmək pis olmazdı. Amma bu, təəssüf ki, normal adamların xasiyyətində yoxdu. Ona görə də, heç olmasa gündəlik 20-30 dəqiqə (təqribən 1000 hərəkət, 2-5 kq-lıq qantellərlə daha yaxşı olar) bədən tərbiyəsi vacibdir. Vaxta qənaət üçün bunu televizor qarşısında “Yeniliklər”ə baxaraq etmənizi tövsiyə edirəm. Buna əlavə olaraq yaxşı olar ki, işə gedən və qayıdan zaman bir kilometr məsafəsi olan yer seçəsiniz və onu piyada gedəsiniz. Çox faydalıdır, nəqliyyatın qeyri-qənaətbəxş durumunda sinirlərinizi də qorumuş olarsınız. Qaçış barədə danışmıram – real deyil. Amma – çox xeyirlidir.
- Üçüncü, bəlkə də ən çətinidir: psixikanı idarə etmək. “Özünüzü idarə etməyi öyrənin”. Ancaq bu nə qədər çətindir! Reseptlər çoxdu, hətta meditasiyaya qədər, ancaq təsvir etməyəcəm. Özüm sadə metoddan istifadə edirəm: böyük gərginlik zamanı və çoxlu adrenalin ifraz edildikdə, diqqətimi tənəffüsümün nadir ritminə cəmləyir və əzələlərimi gərginlikdən azad etməyə çalışıram. Əlbəttə, ən yaxşısı belə zamanda gimnastika etməkdir, amma şərait çox zaman imkan vermir. Lakin buna baxmayaraq, imkan olan kimi – işləyin. Adrenalinin ifrat səviyyəsi bədən tərbiyəsi zamanı yanır və bununla da damarlar və orqanlar yığılmadan, spazmdan qorunurlar. Heyvanlarda streslər qaçışla və dava ilə aradan qaldırılır, insana bu rəva deyil.
5. Maraqlı sual: niyə insanlar belə tez-tez xəstələnirlər?
Düşünürəm, düzgün həyat tərsinə riayət etsəydilər insanların 90%-i sağlam qalardı. Təəssüf ki, rejimə riayət etmək güçlü iradə tələb edir. İradə gücü isə insanda azdır... Müasir rəsmi təbabətdə müalicə, misal üçün onlarla (bəlkə yüzlərlə) hipotenziv vasitələrdən “Seçim-Artıq seçim” metoduna əsaslanır, hansılarını ki, bütün həyat boyu (!) qəbul etmək lazımdır.
6. ...və habelə: dünyada pis həkimlər çoxdu, lap çoxdu.
Deməzdim ki, “bütün həkimlər pisdi”. Yaxşıları çoxdu, amma pisləri də az deyil. İsbatlarım? Onlardan soruşun nə oxuyurlar və nə bacarırlar. Praktik həkimlərdən tək-tükü oxuyur. Bacaranlar - az-çox cərrahlardır. Ona görə ki, onlarda əl işi bacarığı olmazsa həkimlik etmələri sadəcə imkansız olardı. Terapevtlər səmimi olaraq düşünürlər ki, onlar heç nə etməli deyillər, nə analiz etmək, nə rentgenə baxmaq, nə plevranı punksiya etmək. Bunun üçün dar ixtisaslı həkimlər var. Biz, yəni, ümumi həkimlərik. Bax belə.
Sonda deyəcəklərim.
Tibb elmində düzgün olmayan mülahizələr vardır. Bunlar statistik məlumatların
düzgün qiymətləndirilməməsi səbəbi ilə baş verir. Məsələn, sizin zənninizcə, xərçəngin”yayılması”,
“artması” nə ilə əlaqədardır? Dünya üzrə xərçəngə məruz qalmış xəstələrin sayı
nəzərə çarpacaq dərəcədə artmayıb (ağ ciyər xərçəngi istisna olmaqla). Əksinə,
mədə xərçəngi olanların sayı azalmışdır. Ölüm səbəbləri sırasında əvvəlcədən necə
ikinci və üçüncü yerləri tudurdusa, indi də beləcə davam edir. Çoxları nəzərdən
qaçırır ki, son yarım əsr ərzində insan ömrü artmış, xərçəngə tutulanların
böyük əksəriyyəti isə yaşlı nəslin nümayəndələridir.
Orqanizmin güclü qoruyucu qüvvəsi
var – immun sistem, kompensasiya mexanizmləri. Onlar işə düşəcəklər, onlara bir
az zaman vermək lazımdır. Nəzərdə saxlayın ki, yüngül xəstəliklərin çoxu
öz-özünə keçib gedir, loğmanların “sağaldıcı vasitələri” yalnız xəstəliyin təbii
sağalmasını müşayiət edir. Sizə deyirlər: “Sağaltdıq!”, siz də deyirsiz: “Nə
yaxşı həkimdir!”
7. Yaxşı həkimə rast gəlmək nəsib olubsa, onu qoruyun, əbəs yerə onu narahat etməyin.
Yadda saxlayın ki, həkim – adicə mütəxəssis deyil, bundan daha üstündür. Bu santexnik deyil. Həkimin göstərişlərini yerinə yetirin... özünüz idrak etdiyiniz qədər. Ondan əlavə olaraq qonşulardan eşitdiyiniz “yaxşı” dərmanı təyin etməsini tələb etməyin.
Əgər sən cavansansa – 60-adək! – və orqanlarında heç bir patoloji simptom yoxdusa, azacıq halsızlığa görə poliklinikaya qaçmağa lüzum yoxdur. Dediyim kimi, bizim həkimlər təbiət yönümlü deyil, dərmana və sakitliyə meyillidirlər. Onlara əsir düşməkdən çəkinin! Xəstəliyi tapacaqlar və sizi də buna inandıracaqlar: “İstirahət və müalicə!”
Və yekunda: sağlam olmaq üçün iradə güçü lazımdır. İnsan xəstəlik, həkimlər və məşqlərdən ibarət bu üçbucaqda optimal olanı necə tapsın? Mənim məsləhətim: sonuncunu seçin. Ən azından çalışın. İnandırıram, peşman olmazsız!
No comments:
Post a Comment