Habelə, təzyiqinizin olmasını unutmanız
üçün daha 10 məsləhət.
Yüksək arterial təzyiq öldürür, və bu da metafora deyil. Tək ABŞ-da bu ürək-damar problemi hər il yarım milyon insanın həyatını alır.
Yüksək
təzyiq nədir və nəyə görə təhlükəlidir
Təzyiqin
artmasını “sakit qatil” adlandırırlar, bunu deməyə tutarlı əsaslar var. Hipertoniya
(hipertenziya) çox vaxt qabarıq əlamətlərlə
biruzə vermir, amma təhlükəli ürək-damar sistemi pozğunluqlarının və insultun əmələ gəlmə riskini kəskin artırır.
Arterial təzyiq
2 rəqəm formatında ölçülür.
- Birinci – sistolik təzyiq – ürəyin yığılması ilə qanın aortaya püskürməsi nəticəsində damar divarına hansı güclə təzyiq etməsinin şiddətini göstərir (civə sütunu millimetr ölçü vahidi ilə). Bu sistola adlanır.
- İkinci – diastolik – ürəyin yığılmalar arası dövrdə qanın təzyiqini təyin edir. Ürək əzələsinin boşalması fazası diastola adlandırılır.
Ümumiyyətlə,
qan damarları elastikdir. Lakin təzyiq həddən artıq yüksək olarsa, damar divarı
tab gətirməyə bilər. Damarın hər hansı bir vacib orqanda yırtılması çox ciddi
ağırlaşmalara, hətta ölümə səbəb ola bilər.
Hansı
təzyiqi həddən artıq artmış hesab etmək olar? 2017-ci ildə Amerika kardiologiya
assosiasiyası arterial təzyiqin 130/80 mm c.s. göstəricisindən yuxarı olduqda
artmış hesab edilməsini tövsiyə edir. Avropada
bu göstərici bir qədər yuxarıdır – 140/90 mm c.s.
Əgər təzyiqiniz
bu səviyyədə və yaxud bundan yuxarıdırsa, siz risk zonasındasınız. Təcili
tədbirlər görmək lazımdır.
Ev
şəraitində tez zamanda təzyiqi necə azaltmaq olar
Onu demək
lazımdır ki, hipertoniya şikayətləri ilə mütləq həkiminizə müraciət
etməlisiniz. Təzyiqin səviyyəsinə, həyat tərzinizə və digər faktorlara görə
həkim sizin üçün individual olaraq profilaktika planı tərtib edəcək və, cox
ehtimal, təzyiq göstəricilərini normal səviyyəyə gətirmək üçün müvafiq
medikamentoz müalicə təyin edəcək.
Lakin hər
hansı bir səbəbdən həkimə müraciət edə bilmədiyiniz halda bu bir neçə tövsiyə
təzyiqi aşağı salmağa kömək edə bilər. Özünüz üçün rahat olanı seçin, və yaxud
da, maksimal effekt almaq üçün bunların kombinasiyasından istifadə edin.
1. Bir neçə dəfə dərindən
nəfəs alın
Tədqiqatlar göstərir ki, düzgün
edilimiş dərindən nəfəsalma damarlarda
təzyiqin aşağı salınması üçün ən effektiv üsullardan biridir. Bu onunla izah
olunur ki, dərindən nəfəs aldıqda bədənin bütün toxumalarına, ətraflar daxil
qanın axını artır.
- Özünüzü boşaldın, gözlərinizi bağlayın. Bu hipertoniyanın əsas risk faktoru olan stressin səviyyəsini azaldacaq.
- Dərindən nəfəs alın, 5-ə qədər sayın. Nəfəsinizi döşlə deyil qarınla alın. Kontrol üçün əlinizi qarnınız üstünə qoyun: siz onun qalxdığını hiss etməlisiniz.
- Bir də 5-ə qədər sayaraq nəfəs alın.
- Bunu 3-5 dəqiqə təkrarlayın.
Nəfəsinizi
verdikdən sonra tənəffüsü 8-10 saniyəlik dayandıra bilərsiz – özünüz üçün ən
rahat olanını seçin.
2. İsti vanna qəbulu
45°C temperaturda suyu tasa tökün və 10 dəqiqəlik
əllərinizi və yaxud ayaqlarınızı suya salın. İsti su ətraflarda damarları
genişləndirəcək və onlara qan gələcək və bu da təzyiqi bir qədər azaldacaq.
3. İsti nanəli çay için
Allergiyanız
yoxdursa, bir qədər nanə yarpağını qaynar suda dəmləyin, soyudun və aramla
için. Nanə təzyiqin azalmasına gətirib çıxaracaq.
Amma yadda
saxlayın: nanə
yüksək təzyiqə qarşı dərman vasitələrinin təsirini gücləndirir. Ona görə
ehtiyatlı olun.
4. Tabletlərdə pişikotu
(valeriana) qəbul edin
Pişikotu –
güclü sakitləşdiricidir və orqanizmin stressə müqavimətini artırır. Bunun
nəticəsində ürək döyüntüləri sakitləşəcək, arterial təzyiq düşəcək. Vacib olan:
pişikotunu qəbul edərkən təlimatında qeyd olunmuş qəbul dozasını aşmayın!
Təzyiqi
dərmansız necə azaltmaq olar
Bir daha
qeyd edilməlidi ki, yuxarıda sadalanan ev şəraitində təzyiqin salınması üsulları
təcili görülə bilən tədbirlərdir. “Sakit qatillə” yalnız həkimin köməyi ilə,
onun tövsiyələrini dəqiqliklə yerinə yetirərək mübarizə aparmaq olar.
Amma söhbətimizin
yaxşı tərəfi ondan ibarətdir ki, təzyiqin səviyyəsinə təsir edən
faktorlardan ən önəmlisi həyat tərzidir. Onu sağlam tərəfə dəyişmək kifayət
edir ki, hipertoniya ya tam olaraq həyatınızdan çıxıb getsin, yaxud da dərman vasitələrinə
ehtiyacınız nəzərə çarpacaq dərəcədə azalsın.
Mayo
Clinic tədqiqat təşkilatının nüfuzlu ekspertləri yüksəlmiş təzyiqin dərmansız
kontrolunu təmin etmək üçün 10 vacib addımın siyahısını hazırlayıblar:
- Artıq çəkidən qurtulun. Hər itirilmiş kiloqram təzyiqi 1 mm c.s. azaldacaq.
- Müntəzəm olaraq məşq edin. Seçimləriniz – aerob məşqlər: uzun məsafəyə gəzinti, yüngül qaçış, velosiped sürmək, üzgüçülük, rəqslər. Bu məşğuliyyətinizə gündə ən azı 30 dəqiqə ayırın. Beləliklə qan təzyiqinizi əlavə 5-8 mm.c.s. azaldacaqsınız.
- Sağlam qida qəbul edin. Bol meyvə, tərəvəz, taxıl (sıyıqlar), az-az yağlar, yarımfabrikatlar, xəmir bişintiləri. Dietanın dəyişdirilməsi AT-i 11 mm c.s. azalda bilər.
- Rasionunuzda duzun miqdarını azaldın. Heç olmasa azacıq. Bu təzyiqinizi 5-6 mm c.s. azaldacaq. Yadda saxlayın: ÜST və digər nüfuzlu mənbələr duzun gündəlik miqdarının 5 q-dan çox olmamasını tövsiyə edir, bu da 1 çay qaşığından azdır!
- Alkoqol içməyin, ya da içməyi məhdudlaşdırın. O cümlədən pivənin. Sonuncu mayenin qalıcılığına və təzyiqin artmasına səbəb olur. Bundan başqa, pivənin tərkibində olan maddələr qarın nahiyəsində piy toxumasının artmasına səbəb olur ki, bu da təzyiqə pis təsir edir. Ümumiyyətlə, alkoqolun təhlükəsiz dozası mövcud deyil. Lakin bundan tam olaraq imtina edə bilmirsizsə, heç olmasa “norma”nı aşmayın. Qadınlar üçün bu gündəlik 330 ml pivə, və yaxud 150 ml çaxır, və yaxud 50 ml 40-dərəcəli içkidir. Kişilər üçün – bundan 2 dəfə çox.
- Siqareti atın. Hər siqaret təzyiqi 25% artırır.
- Qəhvəni az için. Düzdür, bu bir qədər mübahisəlidir, çünki qəhvənin təzyiq göstəricilərinə təsiri alimlər tərəfindən hələ diskussiya mövzusudur. Məsələ ondadır ki, kofein bəzilərinin AT-ni artırsa da, digərlərində bu müşahidə edilmir. Siz özünüzü birinci kateqoriyaya aid edirsinizsə (yoxlayın: təzyiqinizi qəhvə qəbulundan əvvəl və 30 dəqiqə sonra ölçün, nəticələri müqayisə edin), qəhvədən yaxşı olar ki, imtina edəsiniz.
- Stressi azaltmağa çalışın. Xroniki stress arterial təzyiqin artmasının əsas faktorlarından biridir.
- Öz təzyiqinizi ev şəraitində daim kontrolda saxlayın və həkiminizlə müntəzəm məsləhətləşin. Ev şəraitində monitorinq həyat tərzinizdəki hansı dəyişikliklərin işlədiyini, hansıların az effektli olduğunu göstərəcək.
- Qohumlarınızı, dostlarınızı öz problemləriniz barədə xəbərdar edin, yaxınlarınızın dəstəyi sağlamlıq problemlərinizlə mübarizənizi yüngülləşdirəcək və stressi azaldacaq.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment