Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci ilin dekabrında dərc olunmuş məlumatına əsasən, Yaponiya orta ömür göstəricilərinə görə bütün digər ölkələri qabaqlayır. Bu ölkədə insanlar ortalama 84,5 il yaşayır. Bu xalqın uzunömürlülüyünün sirrinin nə olduğunu anlamağa çalışaq.
Niyə
yaponlar digər
xalqlardan daha uzun
yaşayırlar? Onları digərlərindən fərqləndirən nədir? Nə yeyib-içirlər? Necə həyat tərzinə üstünlük
verirlər?
Yaponiyada yaşı 100-dən yuxarı olan 70.000-dən çox insan yaşayır. Həm də bu doğan günəş ölkəsi yer üzündə yaşayan ən yaşlı insan Kane Tanakanın (Kane Tanaka) vətənidir, onun artıq 120 yaşı var.
Ölkənin uzunömürlüləri onların uzunömürlülük fenomenini öyrənən müxtəlif proqramlarda həvəslə iştirak edirlər. Əslində, heç yaponlar öz ölkələrində insanların niyə bu qədər uzun yaşadığı sualına tam cavab verə bilmirlər, bununla belə, alimlər onlara məlum olan bütün amilləri öyrənməyə davam edirlər.Yaponiyalılar nə yeyir?
Yaponların rasionu, dünyada ən sağlam sayılan Aralıq dənizi hövzəsində yaşayan insanların rasionuna çox bənzəyir. Yaponlar hər gün nə yeyirlər? Onların üstünlük verdiyi qida meyvə və tərəvəzdir. Eləcə də balıq və dəniz məhsulları – bunları yaponlar hər gün yeyirlər. Ət onların süfrələrində nadir qonaqdır, xüsusən də qırmızı ət. Daha çox toyuq ətinə üstünlük verirlər. Yaponlar qızardılmış yeməklər yemir, bu ölkədə bir çox yeməklər buxarda hazırlanır və ya qaynadılır, balıq isə çox zaman süfrəyə demək olar ki, çiy halda gəlir.
Yapon mətbəxinin kralı düyüdür, burada onu duzsuz, yağsız, əvvəlcədən isladıldıqdan sonra bişirirlər. İçkilərin kralı isə yaşıl çaydır, həm yemək zamanı, həm də fasilə zamanı içilir.Yaponlar hər cür şirniyyatı da qəbul etmirlər, onlar rafinə olunmamış qamış şəkərinə üstünlük verirlər. Yapon mətbəxinin başqa bir xüsusiyyəti süd məhsullarının çox az istehlak edilməsidir. Məsələ burasındadır ki, bu ölkənin əhalisinin böyük əksəriyyəti laktozaya qarşı dözümsüzdür.
Yapon süfrəsində tez-tez görünən və bizim az istehlak etdiyimiz başqa qidalar da var. Bunlar dəniz yosunları və soya məhsullarıdır.
Önəmli
olan təkcə yediyimizin nə olması deyil, həm
də yemək tərzidir. Yapon pəhrizinin ən mühüm xüsusiyyətlərindən biri yapon
dilindən tərcümədə “80 faiz dolu mədə” kimi tərcümə olunan “hara haçi
bu” sistemidir. Bu, kalorilərin şüurlu
şəkildə azaldılmasına əsaslanır. Yaponlar inanırlar ki, tam doyma
vəziyyətinə çatmadan 80% yemək yeyilsə, uzun illər sağlam və aktiv qalmaq olar. Kiçik qarın daha az xəstəlik deməkdir.
On min addım
Yaponlar əsl
stalkerlərdir. Onlar bir çox başqa xalqların nümayəndələrindən daha
mobildirlər. Gəzinmək üçün həmişə evdən çıxmağa hazırdırlar, məşhur “on min addım” da onların ixtirasıdır ki, son
illərdə bütün dünyada bir çox
insan üçün vərdişə çevrilib.
Yaponlar bədəni
fiziki cəhətdən yükləmək üçün
hər şeyə
hazırdırlar: gimnastika ilə məşğul
olurlar, velosiped sürürlər, qolf oynayırlar və rəqs etməyi sevirlər – ömrün sonunadək əzələləri yaxşı formada
saxlamaq üçün bundan yaxşı nə ola bilər ki?
İsti vannalar
İsti vanna, əlbəttə ki, mübahisəli məsələdir, hamı üçün faydalı olmaya bilər. Ancaq yaponlar bu cür prosedurları çox
sevirlər. Onların bir çoxu yatmazdan əvvəl isti vannada uzanır, həmçinin
balneoloji kurortlara gedir, burada termal sularda prosedurlar qəbul edirlər.
Düşüb
qalxma
Doğan Günəş Ölkəsinin
sakinləri psixoloji sabitliyi inkişaf etdirməkdə ustadırlar. Onların ən
sevimli deyimlərindən
biri budur: “Yeddi dəfə yıxılırsansa, səkkiz dəfə
qalx”. Yaponlar stressin hətta faydalı olduğuna inanırlar. Onların
fikrincə, çətinliklərin və stressin öhdəsindən gəlməyi bacaran insanlar
ölçülü, sakit həyat sürənlərdən daha uzun yaşayırlar. İllər keçdikcə
yaponlar bütün çətinliklərə tab gətirmək və nə olursa olsun həyatdan həzz
almağa davam etmək qabiliyyətini inkişaf etdirirlər.
Tibbi xidmət
Təbii ki, bu mühüm
amildir: Yaponiyada tibbin inkişaf səviyyəsi çox yüksəkdir. Yaponlar
yüksək ixtisaslı həkimlərə və müasir tibbi avadanlıqlara malikdirlər. Vacib olan isə, yapon xalqının öz sağlamlığına
çox həssas olmasıdır və profilaktik müayinələrdən keçmək üçün
tez-tez klinikalara müraciət etməsidir. Bizim üstünlük verdiyimiz “özünümüalicə” prinsipi burada tətbiq olunmur, yalnız
həkimlərin məsləhətləri
dinlənilir və onlara dəqiqliklə əməl olunur.
Yaponlar ömür boyu oxuyub-öyrənən xalqdır
Bu ölkədə təqaüdə çıxmaqla karyeraya son qoymaq kimi bir adət yoxdur. Çox vaxt yaşlı yaponlar yeni peşə
öyrənməyə çalışır və buradakı təhsil müəssisələri təqaüdçüləri
həvəslə qəbul edirlər. Yapon təqaüdçüləri ümumiyyətlə sosial cəhətdən
aktivdirlər, onlar könüllü volontyorluq fəaliyyəti ilə məşğul
olur, klublara və xobbi qruplarına gedirlər. Ümumiyyətlə
həyatdan şikayətlənmirlər, yaşlarını nəhayət özlərinə vaxt ayırmaq üçün bir
fürsət kimi qəbul edirlər.
"İkiqai"
Daha bir sırf yapon ixtirası – ikiqai, indi bütün dünyada aktiv şəkildə təbliğ olunur. Sadə dillə desək, ikiqai insanın məqsədidir, həyatının mənası və dadıdır. Hərə öz ikiqaisini dörd istiqamətin kəsişməsində tapa bilər:
- nə etməyi xoşlayırsınız;
- ən yaxşı nə bacarırsınız;
- nəyə görə sizə ödəniş olunur;
- dünyaya nə lazımdır.
Deyirlər ki, bu dörd istiqamətin mərkəzində olan nöqtəni tapsanız, əsl xoşbəxtliyi hiss edəcək və ən azı yüz, yüz əlli il yaşamaq arzusu yaranacaqdır.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment