November 23, 2022

STRES və necə mübarizə aparmalı

Streslər dövründə yaşayırıq desək, heç də yanılmarıq. "Stres" anlayışı artıq tibbi termin olmaqdan çoxdan çıxmış və gündəlik nitqimizdə möhkəm kök salmışdır. Halbuki biz onun sağlamlığımız üçün əsl təhlükəsi haqqında, təəssüf ki, nadir hallarda düşünürük.

"Stres" nədir? Hər kəs bunu fərqli başa düşür. Kimi monoton işin yaratdığı stresdən danışır, kimisi bunu kompüterdə işləmək, kimisi böyük informasiya axını, kimisi isə təqaüdə çıxmaqla əlaqələndirir. Bu vəziyyəti satıcı müştərilərlə daimi, bəzən konfliktli ünsiyyətlə, evdar qadın məişət, ailə problemləri ilə, digərləri başqa səbəblərlə əlaqələndirir. Bəli, hər biri özlüyündə haqlıdır.

Stres, fiziki və psixoloji olaraq həddindən artıq yüklənmə nəticəsində inkişaf edən bədənin fizioloji və psixoloji reaksiyalarının kompleksidir.

Bu həddindən artıq yüklənməyə "stressorlar" deyilir. Gündəlik həyatda tez-tez müxtəlif növ streslərlə qarşılaşırıq. Onların çox fərqli təbiətli ola bilər – yaşadığımız iqlim qurşağı üçün xarakterik olan qəfil temperatur dəyişiklikləri, ağır fiziki gərginlik, emosional sarsıntı və hətta mürəkkəb bir problemin həlli. Həm də nəzərə almaq lazımdır ki, bir çox insanlar özlərini və ailələrini (xüsusilə iqtisadi böhran şəraitində) təmin etmək üçün fiziki və intellektual (və nəticədə emosional) olaraq həddən artıq səy göstərmək, fizioloji normadan artıq işləmək məcburiyyətindədirlər. Beləliklə, onlar fizioloji və psixoloji olaraq məcburi readaptasiya prosesindən qaynaqlanan xroniki stresə məruz qalırlar.

Stresə müxtəlif yaş, sosial qruplar və peşələrdə olan insanlar məruz qalırlar. Bu stresi daim yaşamaq üçün böyük bir şirkətin rəhbəri olmaq və ya milyonlarla dollarlıq maliyyə axınlarına cavabdeh olmaq lazım deyil... İndi hətta məktəb şagirdləri və tələbələr də televiziya ekranlarından və internetdən gələn çoxlu sayda müxtəlif informasiya bombardmanı fonunda stresə məruz qalır, hələ imtahan həyəcanı bir tərəfə. 

İşində digər insanlarla birbaşa təmasda olanlar isə xüsusi “risk qrupuna” daxildirlər. Bunlar - menecerlər, HR, satıcılar, jurnalistlər, xidmət işçiləri, dispetçerlər, tibb mütəxəssisləri və s. Əksəriyyətimiz, psixoloqların dediyi kimi, "qeyri-müəyyənlik və əsassız gözləntilər rejimində", gündəlik stres vəziyyətində yaşayırıq.

                     

Yaz-yay mövsümünün başlaması ilə əhalinin bəzi kateqoriyalarında xroniki stresin mənfi təsirləri arta bilər. Bu, məktəblilər və tələbələr üçün - buraxılış və qəbul imtahanlarına, sessiyalara hazırlıqla əlaqədardır. Zehni işlə məşğul olan adamlarda, müxtəlif səviyyəli menecerlərdə, fəaliyyəti böyük həcmdə məlumatların emalı ilə əlaqəli olan insanlarda isə bu tətildən əvvəl həddən artıq işgüzar aktivlik və "qalmış kəsirlərin təcili qapanması" ilə bağlı ola bilər. Bir çox yaşlı insanlarda stresə səbəb hava dəyişiklikləri ola bilər ki, bu zaman tək mərkəzi sinir sistemi deyil, həm də ürək-damar sistemində pozğunluqlar ola bilər.

Mərkəzi sinir sistemi ən həssas və "mürəkkəb təşkil edilmiş mexanizm" olduğundan, stresin təsirindən hər hansı bir orqan və ya sistem deyil, bir anda orqanizm bütövlükdə “çökə" bilər.

Stres, orqanizmin zəifləmiş orqan və sistemlərini sıradan çıxarır. Mədə xorası, bronxial astma, ürəyin işemik xəstəliyi, hipertoniya kimi xəstəliklərin inkişafı uzun müddətli və ağır stresin təsirini sürətləndirə bilər. Nəticədə, insanların həyat keyfiyyətini xeyli aşağı salan depressiv və ya nevrotik pozğunluqlar meydana çıxır. Stres zamanı qeyri-sabit emosional vəziyyət sağlamlığa təsir edir, yaddaşın və diqqətin pisləşməsinə, pis əhval-ruhiyyəyə, artan əsəbiliyə, narahatlığa, baş və ürək ağrılarına, başgicəllənməyə, yuxu pozğunluğuna, qan təzyiqinin artmasına, xroniki xəstəliklərin kəskinləşməsinə, immunitetin azalmasına səbəb olur. Bu halların təhlükəsi ondadır ki, zaman keçdikcə onlar ciddi patologiyaya çevrilirlər - ürək ritminin pozulması, insult, infarkt, qastrit, mədə xorası, depressiya və s. Stres həm də xroniki yorğunluq və peşəkar tükənmə kimi təzahür edən astenonevrotik sindromun inkişafına səbəb olur.

Belə vəziyyətlər müalicə tələb edir, lakin bunun effekti, cox güman, müvəqqəti olacaq, çünki xəstəliyin əsas səbəbi aradan qaldırılmır və bu insanlar öz həyat tərzini kökündən dəyişdirə bilmir. Mütəxəssislər səhər məşqləri, yoqa, autotreninq və relaksasiyadan başlamağı tövsiyə edirlər ki, bu da o qədər asan deyil. Psixoloqlar həyatı olduğu kimi qəbul etməyi, daim özgüvəni artırmaq və özünü sevməyi tövsiyə edir. Lakin bunlar faydası olsa da, yalnız sözlər və məsləhətlərdir. Çox az adam kökündən dəyişikliklərə qadirdir. Müsbət nəticə əldə ediləcəyinə zəmanət verilməsə, psixoloqların, psixoterapevtlərin və psixoanalitiklərin xidmətlərini ödəməyə hazır olanlar da azdır.

Hələ üstəlik, stresin artıq xroniki təsirlərinin təzahürləri varsa nə etməli?

Əlbəttə ki, təsirli və təhlükəsiz bir medikamentoz vasitə seçilməlidir. Bununla belə, stres üçün istifadə edilən bir çox preparatlar onun yalnız fəsadlarını aradan qaldırmaq üçün nəzərdə tutulub. Stresə qarşı effektiv mübarizə aparmaq üçün, onun mənfi təsirindən qoruyan və stressogen xəstəliklərin riskini azaldan bir vasitə lazımdır. Lavien-L® məhz belə bir vasitədir – orqanizmi “stresdən aktiv müdafiə” üçün vacib maddələrlə təmin edən kompleksdir.

Lazımi maddələri qəbul edən beyin fərqli, daha səmərəli işləyir və buna qədər stres faktoru olan bir çox təsirlər adi iş yükü halına gəlir.


Lavien-L® kompleks bitki mənşəli preparat olmaqla:      

  • ümumi və beyin qan dövranını yaxşılaşdırır;
  • yaddaşı yaxşılaşdırır, böyük miqdarda məlumatı öyrənmək və mənimsəmək qabiliyyətini artırır;
  • zehni və fiziki performansı artırır;
  • sinir sistemini tükənmədən qoruyur və sağaldır;
  • qan laxtalanmasının qarşısını alır, insult və infarkt riskini azaldır;
  • başgicəllənmənin, qulaqda küyün qarşısını alır, eşitmə kəskinliyini artırır;
  • gözün tor və damarlı qişalarının bərpasına kömək edir;
  • insult, infarkt və travmatik beyin zədəsi nəticəsində pozulmuş funksiyaların bərpasını sürətləndirir;
  • aktiv uzunömürlülüyü təşviq edir və qocalma proseslərini ləngidir.

Lavien-L® böyüklər üçün profilaktik, eləcə də kompleks müalicə üçün bu göstərişlərdə tətbiq edilir:

  • diqqət, yaddaş, qavrayış, intellektin azalması ilə müşayiət olunan dissirkulyator ensefalopatiya;
  • Alzheimer xəstəliyinin ilkin mərhələsi;
  • neyrosensor pozğunluqlar (qulaqlarda küy, eşitmə zəifliyi və itməsi, başgicəllənmə);
  • diabetik retinopatiya;
  • aşağı ətrafların arteriopatiyası (gəzərkən ağrı, trofik pozğunluqlar);
  • Reyno sindromu.

Lavien-L® sağlam insanlarda "beyin üçün vitamin" kimi də istifadə edilə bilər, bu xüsusilə şagirdlər, tələbələr və intensiv işləyənlər üçün vacibdir.

Bununla belə, həmişə müalicənin təhlükələrini nəzərə alın, mütəxəssislərlə əlaqə saxlayın, preparatını istifadə etməzdən qabaq həkiminizlə məsləhətləşin, içlik vərəqini diqqətlə oxuyun. Əks göstərişləri nəzərdən keçirin, bunlara aşağıdakılar aiddir: dərmanın komponentlərinə qarşı həssaslıq, böyrək daşları və onların funksiyasının ciddi pozulması, tromboflebit, mədə xorasının kəskinləşməsi, podaqra, hiperurikemiya. Qəbul edildikdə, bəzən allergik reaksiya, dispepsiya və baş ağrısı mümkündür.

Unikal tərkibinə və xüsusiyyətlərinə görə Lavien-L®:       

  • stresin effektiv qarşısını alır və onun nəticələrini aradan qaldırır;
  • yaddaş pozğunluğu problemlərinin kompleks həlli (beynin qan dövranının və metabolik proseslərin yaxşılaşdırılması);
  • insult və infarktın qarşısının alınması;
  • maksimum təhlükəsizlik ilə yaxşı mənimsənilmə

Gəlin birlikdə sağlamlığımızın qeydinə qalaq. Lavien-L® bu işdə ən yaxşı köməkçinizdir!


Stresin profilaktikası – emosional sağlamlığın qorunması üçün vacib şərtdir. Stresli vəziyyətlərə müqavimət səviyyəsini artırmaq üçün ümumi prinsiplərə riayət etmək vacibdir. Bu, həyatınızı uzadacaq və həyat keyfiyyətinizin səviyyəsini bir neçə dəfə artıracaqdır. 

Emosional stresi aradan qaldırmaq üçün 

ON MÜDRİK MƏSLƏHƏT":

  • "Qarşınıza qoyduğunuz məqsəd üçün çalışın və xırda şeylər uğrunda mübarizəyə qoşulmayın" - Hans Selyenin məsləhəti.
  • İnsanlarla ünsiyyətdə, onların sizinlə necə rəftar etmələrini istədiyiniz kimi davranın.
  • Hər şeyi bir anda etməyə çalışmayın; istirahətiniz barədə unutmayın. Monoton iş yorucudur, fəaliyyətlərin dəyişməsi güc və sağlamlığı qorumağa kömək edir.
  • Həyat tərzinizin əsl sadəliyinin sevincini dəyərləndirin, olduğunuz kimi qalın, ətrafınızdakıların sevgisini və sayğısını qazanacaqsınız.
  • Münaqişə vəziyyətində öncə qüvvənizi, güclü və zəif tərəflərinizi və hərəkətlərin məqsədəuyğunluğunu dəyərləndirin.
  • Hadisələrin və insanların işıqlı, parlaq tərəflərini görməyə çalışın. "Günəş saatından nümunə götürün - yalnız sevincli günləri sayın" - xalq müdrikliyi.
  • Əgər depressiv dərəcədə xoşagəlməz bir işə (söhbətə) başlamaq lazımdırsa, onu "sonraya" saxlamayın.
  • Hər hansı bir işdə (və ya söhbətdə) uğursuzluq halında belə, "müsbətlərinizi" görməyə çalışın. Xatirələrinizi uğursuzluqlara yönəltməyin. Uğurlarınızı və özünüzə inamınızı artırmağa çalışın.
  • Etdiyiniz hər şey üçün real və vacib məqsədlər qoyun.
  • Məqsədinizə çatdığınızda özünüzü təmkin çərçivəsində mükafatlandırmağı öyrənin.

 

Özünüzü düşünün, özünüzü sevin, bu zaman heç bir stresin Sizin üçün qorxusu olmayacaq!

Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D


No comments:

Post a Comment

Ən populyar məqalələr