Həkimlər tez-tez qanda xolesterinin (bəzi mənbələrdə - xolesterol) səviyyəsini yoxlayırlar. Bunu ümumi profilli terapevtlər, kardioloqlar və bəzi digər mütəxəssislər edirlər. Analiz nəticələri blankında xolesterinin (həm də digər lipid profilinin) miqdarının artmış olduğunu gördükdə pasienti bunun təhlükəsi barədə xəbərdar edərək, qanda xolesterini azaltmaq üçün müxtəlif statin preparatları təyin edirlər. Həkimlər bunun məqsədəuyğun olduğunu hesab edir. Lakin orqanizmə bu nə dərəcədə lazımdır?
Analiz
blankının “Xolesterin” sözünün qarşısında NORMA yazılan yerinə diqqət yetirin.
Burada normanın konkret rəqəmləri göstərilir. Göstəricilərin 3,6–7,8 mmol/l
diapazonunda olması məqbul sayılır. Bu norma nəyi bildirir? Onu bildirir ki,
xolesterin orqanizmə lazımdır! Bütün digər maddələr kimi, xolesterin də orqanizm
üçün vacibdir. Bunların hamısının öz norması var və normadan kənarlaşmalar nədənsə
xəbər verir.
Əvvəla,
xolesterin orqanizm üçün nəyə görə lazımdır?
“Xolesterin
lipid tipli molekuldur və hüceyrə membranının ən vacib struktur komponentlərindən
biridir”1. Başqa sözlə,
orqanizmin bütün hüceyrələrində xolesterin vardır. Belə çıxır ki, xolesterin
orqanizm üçün vacibdir.
Xolesterin hüceyrənin karkasının (sitoskelet) təşkilində, hüceyrə qılafının (membran) davamlılığının saxlanmasında iştirak edir. Bu membranların elektrik potensialına təsir edir, xərçəngəleyhinə, mikrobəleyhinə, antioksidant və antipsixotik xassələrə malikdir2. Xolesterin steroid hormonların və D vitaminin analoqlarının əsasını təşkil edir, habelə bəzi dərmanların nəqlində iştirak edir.
Lakin,
bununla belə, xolesterin barədə oxuduğumuz 10 mənbədən 9-u xolesterinin ziyanı
barədə “tutarlı” əsaslar gətirir, onun artıq miqdarının statinlərlə dəf edilməsini
tövsiyə edir. Problemə fərqli mövqedən baxmağa hazırsınızmı? O zaman
başlayaq...
Statin qəbul
etmək lazımdırmı?
Müasir təbabətin standartlarına görə ateroskleroz və xolesterin damar pozğunluqlarına səbəb olan “qatillərdir”. Ona görə də hətta hüdud səviyyəsində lipid spektri pozğunluqları olan adamları ömürlük statin qəbuluna məhkum edirlər, və hesab edirlər ki, bununla insult və ya infarktların qarşısı alınmış olur.
Gəlin
baxaq, bu nə dərəcədə məqsədəuyğundur.
Sübutlu (dəlil əsaslı) təbabətin statinlərlə bağlı müddəalarını şübhə altına alan bir
çox elmi tədqiqatlar mövcuddur. Bu tədqiqatlarda xolesterinin “məqsədli səviyyəsini”
farmasevtik sənayenin marketing təşəbbüsü kimi qiymətləndirirlər. Axı statinlərin
satışından farmasevtik şirkətlər milliardlarla dollar gəlir əldə edir.
Xolesterin nədir? Ziyanlıdır, yoxsa əhəmiyyətli?
Xolesterin
üzvi yağabənzər birləşmədir və bir çoxları onun ziyanlı və lazımsız olduğunu zənn
edir. Həqiqətdə isə onsuz insan sadəcə olaraq yaşaya bilməz! O hər bir
hüceyrə və steroid hormonlar üçün tikinti materialıdır. Xolesterinsiz hüceyrə,
sinir, hormon, yaddaş, əzələ yoxdur.
Xolesterinin orqanizmdə dövriyyəsi
Qida
ilə daxil olan heyvan mənşəli yağ nə qədər az olarsa, qaraciyər xolesterini
daha intensiv hasil etməli olur. Bu zaman qaraciyər orqanizmdən toksinləri
qovmaq əvəzinə daha yüklü işləyərək, əlavə xolesterin hasil etməli olur.
Yağlı
qida 12 barmaq bağırsaqda ödlə rastlaşır və parçalanır. Bağırsaqda qida ilə
daxil olan xolesterin öncə bağırsağın öz epitelinin bərpasını təmin edir, artıq
qalanı isə qana sovrulur. Bağırsaq hüceyrələri tam olaraq bütün qida
xolesterinini öz bərpasına sərf edərsə, qana heç nə daxil olmayacaq və sizin
analiziniz “yaxşı” olacaq. Yağsız pəhriz saxlayanlarda isə “ac” bağırsaq öz
epitelini bərpa etmək üçün qaraciyərdən endogen xolesterin tələb edəcək.
Xolesterinin qaraciyər tərəfindən hasilatı artacaq və analizlər yenə də bərbad
olacaq. Orqanizm bax belə kompensator mexanizmə malikdir.
Yağlı qida qanda xolesterinin göstəricilərinə praktik olaraq təsir etmir. Yağlı qida ilə xolesterinin qanda konsentrasiyası arasında əlaqə indiyədək sübut edilməmişdir.
Uzunömürlülər və yüksək xolesterin! Bütün adamlarda yaş artdıqca
qanda xolesterinin səviyyəsi durmadan artır, hətta vegetarianlarda belə. Bu
artım 60 yaşadək davam edir, bundan sonra stabilləşir. Insultlar da,
infarktlar da daha çox ahıl yaşlarda olur. Ona görə də ürək-damar problemlərində
yüksək xolesterini ittiham etmək daha asandır və bilməyənlər üçün daha
inandırıcı görsənir.
1986-cı
ildə Hollandiyalı herontoloqlar 10 il ərzində 89 yaşlı adamlarda lipid
spektrini tədqiq etmiş və ölüm səbəblərini araşdırmışlar. Damar problemləri ilə
əlaqəli ölüm halları qanda xolesterinin səviyyəsi normal olan, mülayim artmış və
yüksək olan adamlarda eyni sayda olmuşdu. Lakin onkologiyadan və infeksion xəstəliklərdən
ölənlər arasında yüksək xolesterin göstəricisi olanların sayı minimum idi.
Fransada
aparılan bir digər tədqiqatda 92 qadın müşahidə edilmişdir. Tədqiqatın
başlanğıcında onların 82 yaşı var idi və qanda xolesterinin miqdarı 4,0 – 8,8
mmol/l olmuşdu. 5 il ərzində əsasən “yaxşı” xolesterin göstəricisi olan 53
pasient dünyasını dəyişdi. Minimal ölüm səviyyəsi qanda xolesterini 7 mmol/l və
daha artıq olanlar arasında qeyd edilmişdi.
2006-cı
ildə Amerikanın qocalıq problemləri institutunda 100 yaşdan artıq yaşayan uzunömürlülər
arasında xolesterin profili tədqiq edilmişdir. Onların hamısında “pis”
xolesterinin (ASLP) səviyyəsi yüksək, amma adamlarda yaxşı yaddaş və açıq təfəkkür
qeyd edilmişdir.
Nəticə: artmış xolesterin uzunömürlülüyü təşviq
edir, ürək-damar xəstəliklərinin risk faktoru deyil, immuniteti aktivləşdirir və
onkoloji xəstəliklərin inkişaf ehtimalını azaldır. Xolesterinin süni
azaldılması yaddaşı pisləşdirir, hətta demensiyaya səbəb olur, vaxtından əvvəl
qocalmaya və degenerartiv xəstəliklərə səbəb olur. Qəbul edilmiş “xolesterin
teoriyası” əsassızdır, xolesterinin məcburi azaldılması, əksinə, yaşlı adamlar
arasında ölüm göstəricilərini artırır.
Xolesterin
yuxarı yaş indikatorudur, eyni ilə ağarmış saçlar və üzdə qırışlar kimi.
Xolesterin hamıda yaş artdıqca artır. Xolesterinin səviyyəsinı orqanizm özü tənzimləyir,
lazım olduğunda, orqanizmin tələbi ilə hasilatı
artır.
50
yaşadək insanlarda xolesterinin artması ciddi gizli xəstəliklər barədə işarədir
və əlavə müayinələrə ehtiyac vardır. Artmış xolesterin orqanizmi zəiflətmir,
qoruyur. Bu ətraf mühitin neqativ faktorlarına qarşı orqanizmin reaksiyasıdır. Cavan
yaşlarda, professional karyer əsnasında stress çox olur, bu da kortizol hasilatı
üçün xolesterin tələb edir.
Xolesterinin
normadan aşağı olması, adətən, qaraciyərin pis işləməsinə və yaxud da orqanizmdə
gizli onkoloji prosesin getdiyinə işarədir. Xolesterinin səviyyəsi nə qədər
aşağıdırsa, letal nəticə bir o qədər yaxındır. Bu göstərici çox ciddi xəstəliklərin
– QİÇS, qaraciyər sirrozu, onkologiya, dekompensasiya olunmuş şəkərli diabet və
s. markeridir.
Yüksək xolesterin ürək-damar xəstəliklərinin səbəbi deyilsə, statinləri qəbul etmək və orqanzmi “zəhərləmək” lazımdırmı? Bəli, statinlərin ciddi zərərli əlavə təsirləri var:
- Miopatiya. Statinlər əzələ hüceyrələrini dağıdır, əzələlərdə ağrı, zəiflik və atrofiya yaradır. Ürək də əzələdir, həm aterosklerozdan həm də statinlərin təsirindən əziyyət çəkir;
- Oynaqlara ziyan vurur. Statinlər oynaqdaxili mayenin miqdarını və keyfiyyətini dəyişir, artroz və kontrakturalara səbəb olur;
- Sinir sistemi də statinləri sevmir. Onların qəbulu fonunda tez-tez baş ağrıları, başgicəllənmə, yaddaş problemləri, qabarıq zəiflik, hissiyyat, yuxu və psixoloji pozğunluqlar olur. Statinlərin uzun müddət qəbulu qavrama funksiyasınin pozulmasına, Parkinson və Altsheymer xəstəliyi riskinin artmasına səbəb olur;
- Qaraciyərə ziyanı. Statinlər hepatositləri dağıdır, ona görə də qəbuldan 2 ay sonra qaraciyər testləri mütləqdir. Birinci analizlərdə ALT və AST normada idisə, sonradan kəskin artım oldusa, preparatın qəbulunu dərhal kəsmək lazımdır. Statinlərin qəbulu zamanı qaraciyəri qorumaq, pəhriz gözləmək və ayıq (alkoqolsuz) həyat tərzi sürmək vacibdir.
Təcrübə göstərir ki, statin qəbul edənlərin 99%-inin buna ehtiyacı yoxdur!
Bu
preparatlar heç bir risk faktorları, həyat tərzi qiymətləndirilmədən hamıya təyin
edilir. Bu da ona gətirib çıxarır ki, insan 1 qutu qəbul etdikdən sonra özü dərmandan
imtina edir. Kardioloqlar statinləri bütün hipertoniklərə və diabeti olan xəstələrə
təyin edir, hətta normal lipid göstəriciləri olduqda belə. Lakin statinlər şəkərli
diabet riskini hətta sağlam adamlarda belə 25% artırır!
Xolesterin
yüksəkdirsə, amma xəstəlik (ÜİX, miokard infarktı) yoxdursa, statin qəbul etmək
lazım deyil!
Bu
arteriyaların daxili səthində yığılaraq xolesterin lövhələrinin yaranması nəticəsində həyat üçün vacib orqanlarda qan dövranının
pozulmasıdır. Klinik simptomları (stenokardiya, kəskin miokard infarktı, işemik
insult və s.) damarın mənfəzinin 75%-dən çox daraldığında biruzə verir. Belə
“tutulmuş” damarlar həqiqətən də həyat və sağlamlıq üçün çox təhlükəlidir. Amma
burada xolesterinin nə günahı var?
Aterosklerozun “xolesterin teoriyası”. 1912-ci ildə Nikolay Aniçkov
(Аничков Николай Николаевич 1885-1964)
bildirdi ki, yumurta sarısı yedikdən sonra dovşanların damarlarında tipik
aterosklerotik lövhələr əmələ gəlir. Buna əsasən də belə bir qənaətə gəldi ki:
“heyvanlarda belə olursa, insanlar da yağlı, xolesterinli qidalardan imtina etməlidirlər”.
Bu son dərəcə məntiqsiz bir qənaətdir, ən azından ona görə ki, dovşanlar,
insanlardan fərqli olaraq, 100% vegetariandır, onlar heç zaman yumurta yeməmişlər.
Heyvan onun üçün yabançı qidalarla bəslənsə, mütləq tələf olacaq. Eksperimental
heyvanların heyvan mənşəli yağları mənimsəmək qabiliyyətinin olmamasına
baxmayaraq, Aniçkov insanlarda aterosklerozun inkişafında ekzogen xolesterinin əsas
rol oynadığını təkid edirdi.
Aterosklerozun
xolesterin teoriyası Ansel Kiz (Ancel Benjamin Keys 1904–2004, Minnesota, USA)
tərəfindən təkzib edildi və yağlı qida ilə qanda xolesterinin səviyyəsi
arasında heç bir əlaqənin olmaması bir çox tədqiqatlarda təsdiq edildi.
Aterosklerozun İltihab teoriyası. Bu teoriyanın banisi Rudolf
Lüdviq Karl Virxov (Rudolf Ludwig KarlVirchow, 1821-1902) təsdiq edirdi ki, aterosklerozun əsasında damar
divarının intimasının zədələnməsi və damar iltihabı durur ki, bu da sonradan
yağ infiltrasiyasının inkişafına səbəb olur.
Hipertoniya, şəkərli diabet, virus infeksiyaları, bakterial (listeriya və xlamidiya) infeksiya, papiros çəkmək, homosisteinin yüksək səviyyəsi arteriyalarda “dəlik” əmələ gətirir. Ürək dəqiqədə 80 dəfə yığılaraq, təzyiqlə qanı damara vuran zaman aortada “çatların” yaranmasına səbəb olur.
Xolesterin
damarın həmin defektli yerlərində toplanaraq, damarın bütövlüyünü saxlamaq və
dağılmaqdan qorumaq üçün zədələnmiş yerləri bərpa etməyə çalışır. Endotel (damarın
daxili qişası) zədələnməyibsə, hətta 10 mmol/l xolesterin səviyyəsində belə lövhələr
damarın divarına yapışmır. Endotel zədələnmiş olduqda isə, 4 mmol/l xolesterin
səviyyəsində də aterosklerotik lövhələr inkişafa başlayır, artır və damarı daraldaraq fəsadlara (infarkt, insult) səbəb olur.
Damar
iltihabının markeri (göstəricisi) CRP-dir (C reaktiv protein). Bu göstərici nə
qədər yüksəkdirsə, iltihab bir o qədər güclüdür və aterosklerotik proses daha
sürətlə inkişaf edir.
Beləliklə,
ateroskleroz xolesterinin azaldılması ilə müalicə oluna bilməz!!!
Əlbəttə, qanda xolesterinin səviyyəsini dərmanlarla, yəni statinlərlə azaltmaq asandır. Lakin damarı zədələyən birincili amili müəyyən edərək aradan qaldırmaq daha çətindir. Xolesterin qoruyucu funksiyaya malikdir, o damarları müalicə edir. Statinlər xolesterini blok edərək damarların zədələnməsini daha da artırır. Yaş artdıqca damarları “təmir” etmək, onları qaydasında saxlamaq üçün daha çox xolesterin tələb olunur. Bu xolesterini "sehirli" tabletlərlə süni surətdə azaltmaq (buna birbaşa göstəriş olmadan) vəziyyəti daha da ağırlaşdıra bilər.
Damarları
necə müalicə etmək olar? Çox sadə! Balanslaşdırılmış qida ilə, stressdən uzaq,
yaxşı fiziki aktivlik və sağlam həyat tərzinə riayət etsəniz, sizdə heç zaman,
hətta yüksək xolesterin olsa belə, ateroskleroz olmayacaq, sağlam damarlara “suvaq”
lazım deyil. Papirosdan imtina etsəniz kapbon dioksid damarların intimasını zədələməyəcək
və orada bərpa etmək üçün xolesterin toplanmayacaq. Fiziki aktivlik isə ümumi və
yerli qan dövranını stimullaşdıracaq.
Damarların
sağlamlığı üçün preparatlar:
- Ginko Biloba (Lavien) beyin qan dövranını və zehni qabiliyyəti
yaxşılaşdırır, stressə davamlılığı artırır;
- Omeqa-3, balıq yağı;
- Qadınlarda menopauza zamanı klimaksa qarşı tətbiq edilən hormon əvəzləyici
terapiya ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır;
- Nikotin turşusu (sutkada 3 qramadək) triqliseridlərin
konsentrasiyasını azaldır, yüksək sıxlıqlı lipoproteinlərin (“yaxşı”
lipoproteinlər) səviyyəsini artırır;
- Sorbentlər zərərli maddələrin bağırsaqdan sovrulmasının
qarşısını alır, onların təbii yollarla xaric olmasını təşviq edir.
Tezliklə statinlərin farmasevtik korporasiyaların
ən nəhəng fırıldağı olduğu aşaklanar, sağlam məntiq qalib gələr, xolesterin
fobiyası aradan qalxar və günahsız xolesterin bəraət qazanar.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
Ədəbiyyat:
1.
Albuquerque HMT, Santos CMM, Silva AMS. Cholesterol-Based Compounds: Recent
Advances in Synthesis and Applications. Molecules. 2018 Dec 29;24(1):116.
2. Zhang K,
Li T, Shan X, Lu R, Zhang S, Xu H. Cholesterol: Bioactivities, Structural
Modification, Mechanisms of Action, and Structure-Activity Relationships. Mini
Rev Med Chem. 2021;21(14):1830-1848.
alanya
ReplyDeleteamasya
ankara
antakya
antalya
RAWZ
alanya
ReplyDeleteamasya
ankara
antakya
antalya
A8AH5