June 25, 2022

Dərmansız sağlamlıq, xəstəliksiz uzun ömür!


Öz ayağı üstə və parlaq zehin açıqlığı ilə sonsuza qədər xoşbəxt yaşamaq istəməyən bir insan göstərin. Uzunömürlülük və sağlamlıq yoluna qədəm basmaq heç vaxt gec deyil!!! Sağlamlıq tək xəstəlik və ya fiziki defektin olmaması deyil, həm də fiziki, əqli və sosial rifah vəziyyətidir. Sağlamlıq tam və uzun ömür yaşamaq üçün əsas şərtdir, istənilən yaşda istənilən məqsədə çatmaq üçün əvəzolunmaz amildir.

İnsanın özü tərəfindən qorunan və gücləndirilən möhkəm sağlamlıq ona uzun və sevinc dolu bir həyat yaşamağa imkan verəcəkdir.

Çinli genetiklər müəyyən ediblər ki, insanın yüz yaşa qədər yaşayıb-yaşamamasının yalnız 25%-i onun irsiyyətindən asılıdır. Qalan 75% isə onun həyat tərzinin, psixi balansının, stressə və ekologiyaya qarşı müqavimətinin nəticəsidir. Belə çıxır ki, faktorların çoxunu özümüz tənzimləyə bilərik.

Yaşımızı nə uzadır?

Alimlərin apardıqları son araşdırmalara görə bu qaydalar yaşam illərini və ümumilikdə həyat keyfiyyətini artırmağa kömək edəcək:

  1. Tarazlaşdırılmış və rasional qidalanma. Daim günün rejiminə riayət edin, həddindən artıq və gecəyə doğru yeməyin. Gündəlik süd məhsulları, taxıl, tərəvəz, dəniz məhsulları yeyin. Pis vərdişləri aradan qaldırın ("ayaqüstü yemək", quru yemək, tütün, spirt). Bu üstəlik 15 illik ömürdür.
  2. Müsbət emosional əhval-ruhiyyə. Pozitiv düşüncə və geniş tanışlıq dairəsi həyatınızı daha aktiv və maraqlı edəcək. Əlverişsiz hadisədə belə yeni imkanlar görməyə çalışın. Problemlərə deyil, həll yollarına diqqət yetirin. Bu üstəlik 10 illik ömürdür.
  3. Ailədə birlik və özünütərbiyə. Ailədə nikah birliyini gücləndirməyə kömək edən müsbət emosional fon yaradın. Ailənin rifahı və inkişafının harmoniyası ünsiyyət tərzindən, davranışlardan, münasibətdən asılıdır. Davamlı özünütərbiyə və güclü ailə sizin özünüzə dəyərinizi və qandakı endorfinin səviyyəsini artıracaq. Bu üstəlik 7 il ömürdür.
  4. Fiziki fəaliyyət. Hər gün bir saat sürətlə gəzin və ya həftədə ən azı 15 km qaçış edin. Təlim zamanı ürək döyüntüsünü idarə edin: bu rəqəm 200-lə yaşınız arasındakı fərqi keçməməlidir. Təmiz havada müntəzəm gəzintilər və fiziki fəaliyyət beyninizi kifayət qədər oksigenlə təmin edəcək. Bu üstəlik 5 il ömürdür.

Nəticə - 37 il. Ömrün əlavə 37 il artırılması əla nəticədir! 

...və alimlərin son tövsiyəsi: optimist qalın, özünüzü xoşbəxt hiss edin və dünyaya gülümsəyin!!! 


Çalışın sağlam qalın!!!   

Fəxrəddin Əfəndiyev, MD/Ph.D

No comments:

Post a Comment

Ən populyar məqalələr