Başlanğıc bir qədər darıxdırıcı olsa da, mövzu çox vacibdir və maraqlı məqamlara toxunulur.
Turşu-qələvi müvazinəti (TQM), buna bəzən turşu-qələvi balansı da deyirlər, orqanizmin fizioloji mayelərinin (qan, tüpürcək, sidik, limfa) hidrogen göstəricisinin nisbətən daimi qalmasını təmin edən fiziki-kimyəvi və fizioloji proseslərin toplusudur.
İnsan 60% (təqribən)
sudan ibarətdir. Suda bizim hüceyrələrimizi dolduram, orqandan orqana daşınan,
bir çox proseslərdə iştirak edən maddələr həll olunur. Amma bu proseslərin
detallarını bir çoxları bilmir. Özümüz haqda bilməyimizin əhəmiyyəti barədə uzun-uzadı danışmağın heç bir mənası yoxdur. Kim bilmək istəyirsə, oxumağa davam
etsin. Burada orqanizmin “turşulaşması” problemlərindən bəhs ounacaq.
Turşu-qələvi müvazinətinin normada qalması niyə belə vacibdir? Buna gözəl cavabı 1931-ci ildə xərçəngi kəşf etdiyinə görə Nobel mükafatı laureatı olmuş doktor Otto Varburq (OttoHeinrich Warburg 1883-1970) vermişdir:
“Heç bir xəstəlik, xərçəng daxil, qələvi mühitdə mövcud ola bilməz!”
Bütün xroniki xəstəliklər turşu mühitdə inkişaf edir. Bədənimizin mayelərində turşuluq səviyyəsinin artması ilə patogen floranın gücləndirilmiş inkişafı başlayır. Belə ki, onlar qələvi mühitdə məhv olurlar, amma turş mühiti sevirlər. Nəticədə xəstəliklər belə adamlara “yapışır”. Buna qarşı orqanizm gücləndirilmiş rejimdə çalışır, turşu-qələvi balansını bərpa etmək üçün külli miqdarda qüvvə sərf edir. Yekunda orqanizm daha tez qocalmağa başlayır. Bəli, turşuluğu neytrallaşdırmaq üçün qələvi maddələr lazımdır, kalsium və maqnezium. Bunun üçün orqanizm nə edir? Bu maddələri bizim sümüklərimizdən, dişlərimizdən, dırnaqlarımızdan “çəkib aparır”. Bu zaman işlənməmiş artıqlar geri sümüklərimizə qayıtmır, böyrəklərimizdə çokür. Daha bir acınacaqlı yekun – sümüklər, dişlər və böyrəklər sıradan çıxır. Bundan sonra problemlər həndəsi silsilə ilə artaraq daha ciddi problemlərə yol açır. Kimdir günahkar?
Biz nə
yeyiriksə, ondan da ibarətik. Buna görə də “turşulaşma” düzgün olmayan
qidalanma nəticəsində baş verir. Tərəvəzlər,
meyvə, lobya, kökümsovlar, göyərti qələvi məhsullara aiddir. Ət, süd məhsulları,
yumurta, un məmulatları isə turşulu məhsullardır. Qoz-fındıq isə neytral
reaksiyaya malikdir. Beləliklə turşulu məhsulların artıq tükədilməsi turşuluğu
artırır, qələvilər üstünlük təşkil edirsə, bunu neytrallaşdırır. Yeri gəlmişkən,
şəkər, eləcə də qazlı içkilər güclü turşu mühiti yaradırlar. Zülal, protein pəhrizində
olan adamlar bədəndə elektrolit balansının pozulması ilə sağlamlıqlarını
potensial olaraq riskə atmış olurlar. Bəs sağlamlığını riskə atmadan, ömrünü qısaltmadan
bədən çəkisini, əzələ kütləsini artırmaq olarmı? Əlbəttə ki, olar.
Beləliklə, qanın pH-ı:
Qanın normal pH-ı 7,35-7,47-dir. Bu norma bütün ömür boyu stabil qalmalıdır. Tarazlığın pozulması insan ömrünün qısalmasına və vaxtından əvvəl qocalmaya birbaşa səbəb olur. Düzdür, pH-ın neytral göstəricisi 7-dir, amma qanda pH göstəricisinin 7,35-dən aşağı olması artıq turşuluğun artmasına, 7,47-dən artıq olması isə qələviləşməsinə işarədir. Daha tez-tez orqanizmin turşulaşması ilə üzləşirik.
Gündəlik həyatda
TQM göstəricisini sidiyin pH-ı ilə müəyyən etmək olar. Sidik filtrlənmiş qan
plazmasıdır və özünün pH norması var. Sidiyin analiz nəticələrində bu göstərici
var, lakin təəssüf ki, çox az adam buna diqqət yetirir. Amma vurğulamaq lazımdır ki, bu göstərici sağlamlığımızla
bağlı bir çox məqamlara aydınlıq gətirə bilər.
Sidiyin pH-nı adi lakmus zolaqları ilə təyin etmək mümkündür, bunlar tibbi avadanlıq satılan dükanlarda (apteklərdə) olur. Bu zolaqlar ev şəraitində sidiyin reaksiyasını yoxlamaq üçündür.
Burada diqqətli olmanız tövsiyə olunur:
- sağlam adamda sidiyin pH-ı səhər vaxtı 6,0-6,4-dür. Ən optimal səviyyə 6,4-6,6 sayılır;
- axşamlar sidiyin pH-ının optimal göstəricisi 6,4-7,0-dir;
- sidiyin pH-nın 5,0-dən aşağı olması turş, 7,5-dən yuxarı olması isə kəskin qələvi reaksiyaya işarədir.
Böyrəklərdə
daşların əmələ gəlmə ehtimalı sidiyin pH reaksiyası ilə müəyyən edilir: pH-ın
5,5-dən aşağı olması – urat, 5,5-6,0 arasında – oksalat, 7,0 və daha artıq –
fosfat daşlarının əmələ gəlməsi ehtimalını artırır. Sidiyin pH göstəricisinin
6,0-7,0 intervalında olması daşların əmələ gəlməsi üçün heç bir şərait
yaratmır!
Orqanizmin “turşulaşmasının”
səbəbi nədir və bununla necə mübarizə aparmalı? Habelə, TQM-nin pozğunluğunun
qarşısını almaq mümkündürmü?
“Turşulaşmanın” səbəbləri
- Ən əsas “turşulaşdırıcı” amil qidadır. Bunlara nə aiddir: ət, balıq, süd məhsulları, əsasən pendirlər, süzmə, şəkər (meyvələrdən başqa), mürəbbə, şokolad, tort, konfetlər, un məmulatları (çörək, bişintilər), alkoqol, şirin qazlı içkilər, qəhvə, kakao, qara çay, sirkələr, souslar, mayonez, dənli bitkilər (ən az – arpa, qonur düyü);
- Qələviləşdirici məhsullardan az istifadə olunması. Bunlara nə aiddir: göyərti, yetişmiş meyvələr (o cümlədən, limon, portağal), quru meyvələr, giləmeyvələr, tərəvəz, bitki çayları. Maraqlı olan banandır – kal banan turşulaşdırır, yetişmiş isə qələviləşdirici təsirə malikdir;
- Suyun kifayət qədər içilməməsi. Bu zaman suyun miqdarı ilə yanaşı, onun neytral pH-ının olması və ya azacıq qələviləşmiş olması vacibdir. Qazlı su həmişə turş pH-lıdır;
- Az hərəkətli həyat tərzi;
- Stress;
- Qeyri-əlverişli ekologiya, oksigenin kifayət qədər olmaması.
Ona görə də, gəlin daha çox meyvə yeyək, su içək, hərəkət edək və həyatımızdan zövq alaq!
Orqanizm özü-özünü
tənzim edən mükəmməl mexanizmdir. O bütün aqressiv faktorlara qarşı mübarizə
aparır. Turşuluq artıqda bədənimizdəki rezerv qələvinin hesabına tarazlığı bərpa
edir və pH-ın normadan kənarlaşmasının qarşısını alır. Bəs bu necə baş verir?
Orqanizm artıq
turşunu mədə-bağırsaq traktı, böyrəklər, ağ ciyər və dəri vasitəsilə xaric
edir. Turşu ilə gəyirmə, qastrit əlamətləri başlayır. Mədədə eroziyalar,
xoralar yaranır. Turşu-qələvi balansı pozulduqda ağızdan xoşagəlməz quxu gəlir.
Tərləmə artır, dəridə ekzema, qıcıqlanma və sızanaqlar yaranır, dəri quruyur.
Eləcə də
turşunu neytrallaşdırmaq üçün orqanizmin mineral ehtiyatları cəlb edilir:
kalsium, maqnezium, kalium, natrium – sümüklərdən, əzələlərdən və qığırdaqlardan
faydalı maddələr yuyulub çıxarılır.
Turş pH
zamanı toxumalarda turşular toplanır, onları neytrallaşdırmaq üçün toxumalara su
yığılır ki, bu da piylənməyə gətirib çıxarır.
TQM pozğunluğu zamanı əmələ gələn xəstəliklər
- Damarların spazmı, hipertoniya xəstəliyi;
- Ateroskleroz;
- Şəkərli diabet;
- Piylənmə;
- Podaqra, osteoartroz;
- Osteoporoz;
- İmmunitetin aşağı düşməsi, tez-tez xəstələnmə;
- Qastrit;
- Böyrək daşı xəstəliyi;
- Autoimmun xəstəliklər.
Ona görə də bütün xəstəliklərin müalicəsi zamanı ilk növbədə həyat tərzini və ən vacibi isə qidalanmanı qaydaya salmaq lazımdır.
Çalışın həmişə
gözəl və sağlam qalın!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment