Beyin
Beyin insanın
ən mürəkkəb və ən az öyrənilən orqanıdır. Onun haqqında bilmədiyimiz bir çox
şey var, amma yenə də onun haqqında bir neçə maraqlı faktlar:
1. Sinir
impulsları 270 km/s sürətlə hərəkət edir.
2. Beyinin
işləməsi üçün 10 vattlıq bir lampa ilə eyni miqdarda enerji tələb olunur.
3. İnsanın
beyin hüceyrəsi istənilən ensiklopediyadan beş dəfə çox məlumat saxlaya bilir.
4. Qan
dövranı sisteminə daxil olan bütün oksigenin 20%-ni beyin istifadə edir.
5. Gecələr
beyin gündüzə nisbətən daha çox aktivdir.
6. Alimlər deyirlər
ki, İQ səviyyəsi nə qədər yüksəkdirsə, insanlar bir o qədər tez-tez yuxu görürlər.
7. Neyronlar
insanın həyatı boyu böyüməyə davam edir.
8.
İnformasiya müxtəlif neyronlardan müxtəlif sürətlə keçir.
9. Beynin özü ağrı
hiss etmir.
10. Beyin 80% sudan ibarətdir.
Saç
və dırnaqlar
Əslində bunlar canlı orqanlar deyil və heç bir qan və sinir təchizatı yoxdur, amma:
11. Üzdəki tüklər digərlərinə nisbətən daha tez uzanır.
12. Hər gün insan
orta hesabla 60-100 tük itirir.
13. Qadınların
saçlarının diametri kişilərinkinin yarısı qədərdir.
14. Bir insan saçı
100 qram ağırlığında yükü saxlaya bilər.
15. Orta barmaqdakı
dırnaq digərlərinə nisbətən daha tez uzanır.
16. İnsan bədəninin
kvadrat santimetrində şimpanzenin bədəninin kvadrat santimetrində olduğu qədər
tük var.
17. Sarışınların
saçları daha çox olur.
18. Əl dırnaqları
ayaq dırnaqlarından təxminən 4 dəfə daha sürətli uzanır.
19. İnsan saçının
orta ömrü 3-7 ildir.
20. Keçəlliyin nəzərə
çarpması üçün ən azı saçların yarısını itirmək lazımdır.
21. İnsan saçı
faktiki olaraq dağılmazdır.
Daxili orqanlar
Bizi narahat etməyənədək
daxili orqanlarımızı xatırlamırıq, ancaq onların sayəsində yemək yeyir, nəfəs
alır, gəzir və normal fəaliyyətdəyik. Növbəti dəfə mədəniz guruldayanda bunu
unutmayın:
22. Ən böyük daxili
orqan nazik bağırsaqdır.
23. İnsan ürəyi qanı
yeddi metr yarım məsafəyə itələmək üçün kifayət qədər təzyiq yaradır.
24. Mədə turşusu
ülgüc bıçaqlarını əritməyə qadirdir.
25. İnsan bədənindəki
bütün qan damarlarının uzunluğu təqribən 96.000 km-dir.
26. Mədə (selikli qişası) 3-4 gündən
bir tamamilə yenilənir.
27. İnsan ağciyərlərinin
səthi tennis meydançasının sahəsinə bərabərdir.
28. Qadının ürəyi
kişidən daha tez-tez döyünür.
29. Alimlər qaraciyərin
500-dən çox funksiyası olduğunu bildirirlər.
30. Aortanın diametri
demək olar ki, bağ şlanqının diametrinə bərabərdir.
31. Sol ağciyər
sağdan kiçikdir - belə ki, ürək üçün yer var.
32. Daxili orqanların
bir çoxunu çıxarıb yaşaya bilərsiniz.
33. Böyrəküstü vəzilər
insan həyatı boyu öz ölçülərini dəyişir.
Orqanizmin funksiyaları
Biz əslində onlar
haqqında danışmağı çox da sevmirik, amma hər gün qarşılaşırıq. Bizi narahat edə
bilən və çox da xoş olmayan şeylər haqqında bəzi faktlar:
34. Asqırmanın sürəti
160 km/s-dır.
35. Öskürmə sürəti hətta
900 km/s-a çata bilər.
36. Qadınlar kişilərdən
iki dəfə çox göz qırpırlar.
37. Dolu sidik kisəsi
təxminən voleybol topu böyüklüyündə ola bilər.
38. İnsan həyatı məhsullarının
təxminən 75%-i sudan ibarətdir.
39. Ayaqlarda təxminən
500.000 tər vəzisi var, onlar gündə bir litrə qədər tər istehsal edə bilirlər!
40. İnsan ömrü boyu o
qədər tüpürcək istehsal edir ki, bir-iki hovuzu doldura bilər.
41. İnsan gündə orta
hesabla 14 dəfə qaz buraxır.
42. Qulaq kiri qulaq
sağlamlığı üçün vacibdir.
43. Dünyada hər gün
120 milyon cinsi akt baş verir.
44. İnsan hüceyrəsinin
ən böyüyü yumurta, ən kiçik hüceyrəsi isə spermadır.
45. Hamiləliyin ilk
trimestrində qadınlar yuxularında ən çox qurbağa, qurdlar və bitkiləri görürlər.
46. Dişlər doğuşdan
altı ay əvvəl böyüməyə başlayır.
47. Demək olar ki,
bütün körpələr mavi gözlərlə doğulur.
48. Uşaqlar öküz kimi
güclüdürlər.
49. Hər 2000 körpədən
biri dişlə doğulur.
50. Döl barmaq izini
üç aylıq yaşda əldə edir.
51. Hər bir insan həyatının
yarım saatı tək bir hüceyrədən ibarət olub.
52. Əksər kişilərdə
yuxu zamanı hər bir saatda və ya hər saat yarımda ereksiya baş verir: axı, gecələr
beyin daha çox aktivləşir.
Hisslər
Biz dünyanı hisslərimizlə
dərk edirik. Onlar haqqında maraqlı faktları təqdim edirik:
53. Doyurucu yeməkdən
sonra daha pis eşidirik.
54. Bütün insanların
yalnız üçdə biri yüz faiz görmə qabiliyyətinə malikdir.
55. Əgər tüpürcək qidanı
həll edə bilmirsə, onun dadını bilmək olmur.
56. Doğuşdan etibarən
qoxu hissi qadınlarda kişilərə nisbətən daha yaxşı inkişaf edir.
57. Burun 50.000 müxtəlif
qoxunu yaddaşında saxlayır.
58. Göz bəbəyi hətta
kiçikcik maneə səbəbindən genişlənir.
59. Bütün insanların
özünəməxsus qoxusu var.
Yaşlanma
Həyatımız boyu
qocalırıq – bu qaçılmazdır:
60. İnsan nəşinin yandırıldıqdan sonra külünün kütləsi 4 kq-a çata bilər.
61. Altmış yaşa qədər
insanların çoxu dad reseptorlarının təxminən yarısını itirir.
62. Gözlər həyat boyu
eyni ölçüdə qalır, lakin burun və qulaqlar daim böyüyür.
63. 60 yaşdan sonra
kişilərin 60%-i, qadınların 40%-i xoruldayacaq.
64. Uşağın başı onun
hündürlüyünün dörddə birini təşkil edir və 25 yaşına qədər başın uzunluğu bədənin
bütün uzunluğunun yalnız səkkizdə birini təşkil edir.
Xəstəliklər və travmalar
Hamımız xəstələnirik,
travma alırıq. Bunlar da olduqca maraqlıdır!
65. Ən çox infarkt
bazar ertəsi günü olur.
66. İnsanlar yeməksiz
daha uzun müddət qala bilirlər, nəinki yatmadan.
67. Günəş şüalarından
yandıqda qan damarları zədələnir.
68. Xəstəliklərin
90%-i stressdən qaynaqlanır.
69. İnsan başı kəsildikdən
sonra 15-20 saniyə şüuru qalır.
Əzələlər və sümüklər
Əzələlər və sümüklər
bədənimizin karkasıdır, onların sayəsində biz hərəkət edir və hətta sadəcə
olaraq uzanmış oluruq.
70. Gülmək üçün 17,
qaşqabaq sallamaq üçün isə 43 əzələdən istifadə edirik. Üzünüzü yormaq istəmirsinizsə,
gülümsəyin. Tez-tez və uzun müddət turşumuş üzlə gəzən hər kəs bunun nə qədər çətin
olduğunu bilir:
71. Uşaqlar 300
sümüklə doğulur, böyüklərdə isə cəmi 206 sümük var.
72. Səhərlər biz
axşama nixbətən bir sm hündür oluruq.
73. İnsan bədəninin ən
güclü əzələsi dil əzələsidir.
74. İnsan bədənində ən
ağır sümük çənə sümüyüdür.
75. Bir addım atmaq
üçün 200 əzələ işləyir.
76. Diş bərpa oluna
bilməyən yeganə orqandır.
77. Əzələlər yığıldığından
iki dəfə yavaş boşalır.
78. Bəzi sümüklər
poladdan daha möhkəmdir.
79. Ayaq pəncəsi
insan bədəninin bütün sümüklərinin dörddə birini ehtiva edir.
Hüceyrə səviyyəsində
Bəzi şeylər var ki,
adi gözlə görə bilmirik:
80. Bədənin hər
kvadrat santimetrində 16000 bakteriya var.
81. Hər 27 gündə dərimizi
sözün əsl mənasında dəyişirik.
82. İnsan bədənində hər
dəqiqə 3.000.000 hüceyrə ölür.
83. İnsanlar hər
saatda təxminən 600.000 dəri hissəciklərini itirirlər.
84. Yetkin insan
orqanizmi hər gün 300 milyard yeni hüceyrə istehsal edir.
85. Bütün dil izləri
unikaldır.
86. Bədəndə ondan 6
sm-lik mismar hazırlamaq üçün kifayət qədər dəmir var.
87. Dünyada ən çox
yayılmış qan qrupu birincidir.
88. Dərinin altında
çoxlu kapilyarlar olduğu üçün dodaqlar qırmızıdır.
Digərləri
Daha bir neçə maraqlı
fakt:
89. Yatdığınız otaq nə
qədər soyuq olarsa, kabus görmə ehtimalınız bir o qədər çox olar.
90. Göz yaşları və
selik bir çox bakteriyaların hüceyrə divarlarını məhv edən lizosim fermentini
ehtiva edir.
91. Yarım saat ərzində
bədən bir yarım litr su qaynatmaq üçün lazım olan qədər enerji hasil edir.
92. Qorxduğunuz zaman
qulaqlar daha çox qulaq kiri əmələ gətirir.
93. Özünüzü qıdıqlaya
bilməzsiniz.
94. Uzadılmış
qollarınız arasındakı məsafə sizin boyunuzdur.
95. İnsan yeganə canlıdır
ki, duyğulardan ağlayır.
96. Sağaxaylar
solaxaylardan orta hesabla doqquz il daha çox yaşayırlar.
97. Qadınlar yağları
kişilərə nisbətən daha yavaş yandırırlar - gündə təxminən 50 kalori.
98. İnsanın təyyarədə
uçuşu zamanı saçlarının böyümə sürəti iki dəfə artır.
99. İnsanların bir
faizi infraqırmızı, bir faizi isə ultrabənövşəyi şüaları görə bilir.
100. Əgər insan
tamamilə qapalı otaqda qalarsa, o, oksigen çatışmazlığından deyil, karbon
qazından zəhərlənmədən huşunu itirəcək.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment