Bu səbələrdən hər hansı birinin olması xəstəliyin inkişafına təkan verə bilər.
“İnsan sağlam olmaq istəyirsə, əvvəlcə ondan xəstəliyin səbəblərindən qurtulmağa hazır olub olmadığını soruşmaq lazımdır. Yalnız bundan sonra ona kömək etmək olar.”
Hippokrat
1. PSİXOLOGİYA
Bədənimiz
bizimlə ağrı, xəstəlik və digər fiziki problemlər dili ilə danışmağa başladısa,
deməli o bizdən düşüncə və hərəkət tərzimizi anlamağımızı və dəyişdirməyimizi tələb
edir. İnsan özündən narazıdırsa, heç kimi sevmirsə və ya heç kim onu sevmirsə,
bu onun sağlamlığına təsir edəcəkmi? Əlbəttə. O, ən dağıdıcı duyğuların
qarışığını yaşayacaq: inciklik, paxıllıq, qorxu, hirs və qəzəb. Belə insanların
sağlam olmaq şansı belə yoxdur. Psixologiya güclü amildir və biz bundan
başlamalıyıq, həyat prioritetlərimizi seçməliyik.
2. QİDALANMA
Xarab
olmayan qidanı yemək olmaz. Məsələn, üzüm. 3-5 gün qala bilər, sonra xarab
olmalıdı. Bu gün üzüm aylarla mağaza rəflərində qalır, heç öz əmtəə formasını
da itirmir. Qurdsuz meyvə yoxdur, ola da bilməz. Siz "Doşirak",
"Mivina" kimi tez hazırlanan əriştələri yeməməlisiniz, hazır, suda həll
olunan qəhvə, mağazadan alınan suyu (plastik qablaşmada) içməməlisiniz.
Baxın, pomidor şirəsinə
köpüyü yatırdan maddə əlavə edilir. Suxarinin üzərinə duz əvəzinə natrium
glutamat əlavə edilir, çünki duz daha baha başa gəlir. Qırmızı kürüdə,
korlanmaması üçün etanol və limon turşusu istifadə olunur, bundan da formaldehid
alınır. Yoqurt istehsal edən şirkətlər canlı bakteriyaları reklam edirlər ki,
bunların sayəsində mal xarab olmur. Amma bakteriyalar 3-6 gün yaşayır,
firmaların məhsullarının isə 3-4 ay yararlılıq müddəti var. Yoqurtlar analiz
üçün təhvil verilir, hər şey qaydasındadırsa, əlavə olaraq şüalandırılırlar.
Eyni ilə, amerikalılar da salmanellyoz problemini belə həll edirlər, toyuq yumurtaları
radiasiyaya uğradılır. Bu zaman izotopların bir hissəsi hələ uzun müddət ərzində məhsulda
qalır.
Mürəbbələr:
moruq, ərik, gilasda çoxlu kimyəvi maddələr, boyalar var. Evdə hazırlanmış
albalı mürəbbəsi heç vaxt al qırmızı olmayacaq, oksigen və şəkərin iştirakı ilə
oksidləşəcək və tünd qəhvəyi rəngə çevriləcək. Mağazaların rəflərindəki cəlbedici mürəbbələri, cemləri almağın nə dərəcədə düzgün olduğuna özünüz qərar verin
Digər
tərəfdən plastik qablaşdırmada mayonez yeməməlisiniz. Mayonezin tərkibindəki sirkənin
təsirindən plastikdən ən təhlükəli kanserogen maddələr ayrılır. Mayonezdə çoxlu
miqdarda konservantlar və stabilizatorlar var. Yağlar isə qan damarlarınızın
daxili divarını bərabər təbəqə ilə əhatə edəcək. Hisə verilmiş məhsullar,
qaynadılmış və qurudulmuş kolbasa yeməyin. Duz və boya ilə doldurulmuş kağızı
yemək və zülal aldığımızı düşünmək illüziyadır. Glütenli çörək, palma yağından hazırlanmış qənnadi məmulatları, gen modifikasiyalı məhsullar (GMO) - siyahını sonsuzadək uzatmaq olar.
Təbii ki,
bütün bunlara göz yuma bilərsiniz, çünki təbiniz çəkəcək, buna öyrəşmisiniz.
Ancaq bu, psixologiyadır - birinci bəndə baxın. Əgər ölməyə hazırlaşırsızsa,
beləcə davam edin.
3. SU
Yer üzündəki 96.000 canlıdan yalnız
insan bişmiş yemək yeyir və sudan başqa hər şey içir. Mövzu ilə bağlı uzun-uzadı mübahisə etmək olar: yaşıl və yaxud qara çay, kakao, qəhvə, meyvə şirələri
içmək nə dərəcədə məqsədəuyğundur? Uşaqlara çay vermək lazımdırmı? Sağlam olacaqlarmı? Əzizlərim,
biz saçlarımızı çayla yumuruq, paltarları meyvə şirəsində yaxalamırıq, qəhvə ilə döşəmələri silmirik. Bizə universal bir həlledici lazımdır – o
da sudur. Hüceyrələrimizin yalnız suya ehtiyacı var. Onlar da “yuyunmaq”
istəyir.
Nə qədər su içmək lazımdır? Əgər
meyvə, tərəvəz, taxıl və asanlıqla həzm olunan protein tükədirikzsə, o zaman
gündə bir litr təmiz su içməmiz kifayətdir. Ət, balıq, yumurta, çörək, çox
miqdarda ədviyyatlı qidalar yeyiriksə, daha çox suya ehtiyacımız olacaq - 1,5-2
litr. İnsan nə qədər çox yeyirsə, bir o qədər çox su içməlidir. Fraksiyalı (gün ərzində az-az porsiyalarla tez-tez) yeməyə
keçilərsə, suyun həcmi azalacaq.
İnsanda susuzlamaq (el arasında - "suszluqdan yanmaq") deyilən unikal bir
hiss var. Lakin susuzlama hissi orqanizmin susuzluğunun ilk və yeganə əlaməti
deyil, dördüncü və ya beşincidir. Buna görə də, ağızda quruluq artıq dərin
susuzlaşmanın əlamətidir.
Kimya dərslərindən konsentrasiya
qanunlarını xatırlayın. İnsanın böyrəyində daşları varsa, demək sidiyin
konsentrasiyası çox yüksəkdir və duzlar çökür. Əgər çaya bir çay qaşığı şəkər
qoysanız, bu normaldır, o tam həll olacaq. 10 qaşıq olarsa, şəkər çökəcək. Tualetdən
sonra üfunətli qoxu varsa və içəri girmək mümkün deyilsə, bu o deməkdir ki, bu
adam su içmir və sidiyinin konsentrasiyası yüksəkdir. Əgər insan tərləyirsə və
güclü pis qoxu gəlirsə, o zaman su içməlidi, dezodorantdan istifadə etməməlidir.
Suyu o qədər içilməlidir ki, tərin qoxusu bədən qoxusundan fərqlənməsin. Limfa
vasitəsilə külli miqdarda toksik maddələr daşınır və bu zəhəri yalnız suda həll
etmək olar, başqa heç nədə.
Bildiyiniz kimi mədədə xlorid turşusu
hasil olunur. Mədə turşuluğunun artması çox mübahisəli bir məsələdir. Heç bir
mədə artıq miqdarda turşu hasil etməz, lazım deyilsə, niyə onu istehsal etsin
ki? Normada 2,5 qram xlorid turşusu ayrılması nəzərdə tutulursa, mədə də bu
miqdar hasil edəcək. Lakin bu zaman mədədə nəzərdə tutulan 100 qram əvəzinə 2
qram su varsa, təbii ki, mədə turşusunun konsentrasiyası buna uyğun olaraq
artacaq. Pasient mədə qıcqırmasından şikayətlənir, ona deyirlər ki, turşuluğu
yüksəkdir və alüminium duzları təyin olunur. Bundan məntiqsiz bir şey düşünmək
çətindir.
Şəkərli diabetlə həkimə müraciət etdiyimizdə müalicəni şəkəri azaldan həblərlə başlamamalıyıq. Baxın, 3 xörək qaşığı şəkərin həll edildiyi
qanı təsəvvür edin, yəni qan şirindir. Hansı həblər şəkəri çıxara bilər? Şəkər
hara gedəcək? Artıq “stəkandadı”. Bu, psixoloji səviyyəsində illüziyadır. Şirin
qanla nə etmək olar? Yalnız su ilə neytrallaşdırıla bilər. Şəkər böyrəklər
vasitəsilə yuyula bilərmi? Bəli, yalnız bu şəkildə suda həll edilərək xaric edilə bilər. Buna
görə də səkərli diabeti olan xəstədə ilk simptom susuzluqdur. Orqanizm bu
şəkəri suda həll etmək istəyir. Bununla belə, həkim heç vaxt sizə daha çox su
içmək lazım olduğunu söyləməyəcək, bu azmış kimi, hələ üstəlik, suyu içməyi belə
qadağan edəcək. Ona görə də bir çox xəstəliklərə baxışları dəyişdirmək lazımdır.
4. BAKTERİYALAR, MİKROBLAR, PARAZİTLƏR
Bəzi qurdlar bizi öldürmək istəsəydi,
bunu çoxdan edərdilər. Onların böyük gəmini dağıtmağa ehtiyacı yoxdur, sakit
yaşayırlar. Amma biz onlarla yaşamaq istəmirik, bu o deməkdir ki, onlara
əlverişsiz şərait yaratmalıyıq. İmmunitetimiz, yalnız o, bakteriya, virus və
göbələklərin öhdəsindən gələ bilər.
Protozoa və helmintlər – bunlar başqa
bir mövzudur. İmmunitetimiz üçün bunlar “böyük heyvanlardır”, buna görə də
onlarla mübarizə aparmaq üçün xüsusi tədbirlər görülməlidir.
5. İRSİYYƏT
6. SƏHİYYƏ
Qeyri steroid iltihabəleyhinə
vasitələrin, antibiotiklərin və qan təzyiqini salan dərmanların nəzarətsiz
istifadəsindən danışmırıq. Kimyəvi tərkibli dərman vasitələrini nə qədər və nə
müddətə qəbul edəcəyinizə qərar vermək sizin ixtiyarınızdadır. Bu, sağlamlığınıza
ən mənfi şəkildə təsir edən böyük bir amildir.
Eyni ilə yeni trend olmuş bioloji fəallığa malik qida əlavələrinin də nəzarətsiz qəbulu öncədən bəlli olmayan
fəsadlara gətirib çıxara bilər, hətta bu “məsum” bir vitamin preparatı olsa
belə.
7. TRAVMALAR
Hətta yüngül saydığımız travma belə
illər sonra müəyyən patologiya ilə biruzə verə bilər. Uşaq yaşlarında aldığımız
hər hansı (yetərincə diqqət yetirmədiyimiz) travma 50-60 yaşlarda ciddi
fəsadlara səbəb ola bilər. Ona görə də hər bir halda, idman meydançasında və
yaxud zalda məşq edərkən, qarlı yolda yürüyərkən, avtomobil idarə edərkən,
ümumiyyətlə, harda olursunuzsa olun, ehtiyatlı olmağa çalışın ki, travma
almayasınız.
8. HİPODİNAMİYA
9. EKOLOGİYA
10. ZƏRƏRLİ ADƏTLƏR
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment