Hər kəsdə su prosedurlarına yanaşma müxtəlifdir. Bəziləri saatlarla, hətta gündə bir neçə dəfə çimməyi tərcih edir, digərləri tələsik yaxalanmaqla kifayətlənirlər. Tez-tez yuyunmaq yaxşıdır, yoxsa pis?
Əvvəla “tez-tez” məvhumunun konkret insan üçün nə demək olduğunu aydınlaşdırmağa dəyər. Kimlərsə yayın isti günlərində gündə 2-3 dəfə duş qəbul edir, halbuki, yarım əsr əvvəl həm şəhər, həm də kənd əhalisi həftədə bir (bəzən 2 dəfə) hamama gedirdi, evində hamamın olması böyük dəbdəbə idi.
Dermatoloqlar həftədə 2 dəfə yuyunmağı məsləhət görür - bu, bədəni təmiz saxlamaq üçün kifayətdir.
Başqa bir vacib məqam – yuyunmanın keyfiyyətidir. Son illər reklam insanları gigiyenik vasitələrdən geniş istifadə etməyə, sözün əsl mənasında, təhrik edir. Halbuki, min illər bundan əvvəl əcdadlarımız nə kisədən, nə də aromalı sabun və gellərdən istifadə etmirdi. Nəzərə alsaq ki, bizim epidermis (dərinin üst qatı) bir çox nəsillər boyu nəzərə çarpacaq dərəcədə təkamülə uğramayıb (tüklülüyün azalması istisna olmaqla), ona kimyəvi (bəzən aqressiv) vasitələrlə müdaxilənin nə qədər məqsədəuyğun olmadığını anlamaq çətin deyil.
Təbii ki, insan sosial varlıqdır və ictimai yerlərdə pis qoxumaq istəmir. Amma hər şeyin bir hüdudu olmalıdır. Yükdaşıyan və ya idmançı bir ofis işçisindən daha çox tərləyirsə, hər gün duş qəbul etməlidir. Ancaq burada vacib bir aydınlaşdırma olmalıdır: yalnız su ilə yuyunmaq. Duş gelləri və digər oxşar məhsullar qoltuqaltı, qasıq, omba və qulaq arxası nahiyələri, ayağı yumaq üçün istifadə edilməlidir. Bu yerlərdə ən "iyli" (apokrin) tər vəziləri cəmləşir.
Cəmiyyətdə rahat yaşamaq üçün müəyyən gigiyena qaydalarına riayət etmək lazımdır. Bu danılmazdır. Lakin yuyucu vasitələr üzrə ixtisaslaşmış marketoloqların “bacarıq” və “səyi” sayəsində dərinin təbii qorunmasını pozmağa dəyməz.
Yuyucu kimyəvi vasitələrdən həddindən artıq istifadə dərinin təbii qoruyucu baryerini pozur. Ümumiyyətlə, dəri, insanı bir çox ekoloji təhlükələrdən qoruyan heyrətamiz bir orqandır: istər temperaturun dəyişməsinə, istərsə də patogen mikroorqanizmlərə qarşı qorumanı təmin edir. Biz nə edirik, süngəri sabunla və ya duş geli ilə mükəmməl köpükləndirir, bədənimizə çəkir və isti su ilə köpüyü yuyuruq. Bu zaman nə baş verir? Bizi ətraf mühitin zərərli faktorlarından, mikroblardan qoruyan və, əsas etibarı ilə, üzvi turşulardan, dəri piyindən və faydalı bakteriyalardan ibarət dərinin üst qatı yuyulur. Dərinin qoruyucu funksiyası pozulur və bədənimiz onu tədricən bərpa etməyə çalışır, bu da təxminən 10 saat çəkir. Dəri bərpa olunan kimi, biz yenidən vanna otağına gedirik və bütün proseduru təkrar edirik.
Tez-tez yuyunmaq nəyə gətirib çıxara bilər?
Dermatoloqlar nə tövsiyə edir?
Toz, kir, məsamələri bağlayan kosmetik vasitələri yumaq üçün hər gün yatmazdan əvvəl üzünüzü yumalısınız.
Duşu necə qəbul etmək olar?
- Duş vaxtınızı 5-10 dəqiqə ilə məhdudlaşdırın;
- Minimum miqdarda sabun və duş gellərindən istifadə edin. Yuyunmaq üçün dərinin həddindən artıq qurumasının qarşısını alan və düzgün pH səviyyəsini saxlamağa kömək edən yüksək miqdarda sərbəst yağ turşuları daxil yumşaq təmizləyicilərdən, qələvisiz yuyucu vasitələrdən istifadə etmək daha yaxşıdır;
- Sabun və şampunu yalnız lazım olduqda istifadə edin. Gündəlik səhər və ya axşam duşu zamanı onlardan istifadə etməyin;
- İlıq suda çimin: çox isti su lipid baryerini yuyur və dərinin qoruyucu funksiyalarını azaldır;
- Kisə və süngərlərlə diqqətli olun. Dərini güclü şəkildə sürtməyin, yumşaq bir şəkildə dəsmalla qurutmağa çalışın;
- Dəriniz quru və həssasdırsa, duşdan 3 dəqiqə sonra nəmləndirici losyon və ya dəri kremindən istifadə edin;
- Süngərlər, kisələr və dəsmalların təmizliyi barədə unutmayın. Onları vaxtında dəyişdirmək və təmiz saxlamaq lazımdır, çünki onlarda bakteriyalar toplana bilər;
- Süngər və dəsmallar nəm qalmamalıdır. Süngər ayda bir dəfə dəyişdirilməli, dəsmallar isə hər üçüncü istifadədən sonra yuyulmalıdır.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment