Həkimə nə
vaxt müraciət etmək lazımdır?
Adenomanın
ilkin əlamətləri sidiyəgetmə problemləri ilə əlaqədardır. Anatomik olaraq
prostat vəzi sidik kanalını əhatə edir və onun böyüməsi bir tərəfdən kanalın
özünü sıxır, digər tərəfdən sidik kisəsini də basır. Buna görə də sidiyin
şırnağı zəifləyir, kəsilir, sidiyə getmə tezliyi artır (normada insan gündə 5-8
dəfə sidiyə gedir, adenoma zamanı 9 və daha çox). Bəzən bir dəfə sidiyə getdikdən
2-3 dəqiqə sonra yenidən sidiyə getmək istədiyini hiss edir. Xarakterik olan
odur ki, gecələr sidiyə getmə istəyi yaranır. Bununla belə, adenoma zamanı
sidik kisəsinin tam boşalması hissi nadir hallarda olur – adətən adama elə gəlir
ki, nə isə qalıb.
Təəssüf
ki, özündə adenoma olduğunundan şübhələndikdə belə, bir çox kişilər “bunun
hamısı yaşla əlaqədardır” deyə düşünürlər və tibbi yardım üçün müraciət etmirlər.
Sonra da daha ağır fəsadlarla üzləşirlər.
Sidiyin
çıxarılmasında çətinliklərin olması müxtəlif infeksiyaların inkişafına əlverişli
şərait yaradır, və ağırlaşmalar əmələ gəlməyə başlayır – sistit, pielonefrit,
sidik kisəsində daşlar və s. Zamanla xroniki böyrək çatışmazlığı inkişaf edir
ki, bu da daimi başağrıları, susuzluq, ağızda quruluq, süstlük, qıcıqlanma ilə
biruzə verir. Adenomanın ən qorxulu kəskin ağırlaşması isə sidiyin kəskin
durğunluğu (sidik ümumiyyətlə xaric olunmur) və böyrək çatışmazlığıdır – bu hal
həyati təhlükə yaradır və həmən “təxirəsalınmaz tibbi yardım” tələb edir. Odur
ki, kişi nə qədər tez tibbi yardım üçün müraciət etsə, bir o qədər xəstəliyin
qarşısının alınması şansı çox olar.
Lakin
“dilsiz, sakit” adenomalar da var. İlkin stadiyalarda şiş ola bilər, amma əlamətləri
hələ biruzə verməyə bilər. Ona görə də, xəstəliyin başlanğıcını ötürməmək üçün
40 yaşdan sonra hər bir kişi ildə bir dəfə profilaktika üçün uroloqun müayinəsindən
keçməlidir ki, prostat vəzi şişinin inkişafının qarşısı vaxtında alınsın.
Müraciət
olunacaq mütəxəssis – həkim uroloqdur. Adenomanın dərəcəsini müəyyən etmək üçün
həkim bir neçə tədqiqat aparacaq. Bir çoxları soruşur, diaqnozun təsdiqi düz
bağırsaqdan barmaqla müayinə olunmadan mümkündürmü? Onu demək lazımdır ki, bu adenoma zamanı ən
vacib müayinədir, bunu heç nə ilə əvəz etmək mümkün deyil. Əlavə olaraq mütləq
kiçik çanaq orqanlarının USM-i aparılmalıdır. Əlində bu müayinələrin nəticəsi
olduqdan sonra, mütəxəssis konkret olaraq hər bir xəstəyə uyğun olan müalicəni təyin edə
bilər.
Risk qrupu
Bəzi kişilərdə
prostat vəzin adenoması erkən inkişaf edir. İlk növbədə xəstəliyin əmələ gəlmə
riskinin yüksək olduğu qrupa oturaq işdə çalışanlar daxildir. Bunlar da, əsas
etibarı ilə, əqli əməklə məşğul olanlardır. Ədəbiyyatda çox vaxt alkoqol və
tütünə həddən artıq aludə olanlar, iltihabi və zöhrəvi xəstəliklər keçirənlər,
hətta qeyri-ənənəvi cinsi orientasiyalı kişilərin meyilli olduğu barədə məlumatlar
verilir. Amma bu faktorların prostat şişi ilə elmi cəhətdən sübut olunmuş əlaqəsi
müəyyən edilməmişdir.
Problemdən
necə yaxa qurtarmaq olar?
Medikamentoz
müalicə mütləq həkim təyinatı və nəzarəti altında aparılmalıdır. Adları çəkilən dərman preparatlarını müntəzəm
və daimi olaraq həkimin təyin etdiyi dozalarda qəbul etmək lazımdır. Nəzərdə
saxlamaq lazımdır ki, bütün bu preparatlar prostat vəzi adenomasını tam aradan
qaldırmayacaq. Bunlar yalnız onun inkişafının qarşısını almağa, sidiyəgetməni
yaxşılaşdırmağa kömək edəcək və operativ müdaxilənin müəyyən müddətə (bəzən
onillərlə) təxirə salınmasını təmin edəcək.
Son
illər həkimlər prostat vəzin adenomasının ilkin stadiyalarında
fitopreparatlara üstünlük verirlər. Bitki mənşəli preparatların nəzərə çarpacaq
üstünlükləri – PVXH-ın müalicəsində tətbiq olunan bütün digər medikamentoz
vasitələrdən fərqli olaraq yüksək təhlükəsizliyə malik olması və əlavə təsirlərinin
olmamasıdır. Bu vasitələr orqanizm tərəfindən yüngül mənimsənilir və heç bir
kumulyativ xassələrə malik deyil, tam surətdə xaric edilir. Onu da vurğulamaq
lazımdır ki, bitki mənşəli vasitələr üçün artıq dozalanma kimi problemlər
yoxdur (əlbəttə, metabolizm proseslərinin düzgün fəaliyyəti fonunda). Belə ki,
orqanizm bu zaman özünə lazım olan miqdarı mənimsəyir, artığını isə xaric edir.
Adenoma
artıq “çiçəklənmişdirsə”, o zaman bu cür müalicə az effeklidir – xoşagəlməz
simptomlardan yaxa qurtarmağın yeganə yolu cərrahi müdaxilədir. Adenomalı xəstələr
üçün ənənəvi müdaxilə - prostat vəzin adenomektomiyasıdır (xarici ədəbiyyatda
– prostatektomiya). Bu əməliyyatın öz çatışmayan cəhətləri var – ön qarın
divarında kəsik aparmaq lazımdır, qan itkisi olur, çapıq qalır və s. Qərb ölkələrində
bu əməliyyatlardan imtina olunmuşdur, orada minimal müdaxilə tələb edən daha
qoruyucu metodikadan (az invaziv əməliyyat) – transuretral rezeksiya
metodikasından istifadə olunur. Bizim ölkədə də bu əməliyyat aparılır, amma o qədər
də geniş yayılmamışdır. Bu əməliyyat ön qarın divarı kəsilmədən aparılır, giriş
sidik kanalından (uretradan) həyata keçirilir. Uretraya rezektoskop – videokamerası
və kəsici aləti olan mini-zond yeridilir. Cərrah-uroloq görüntünü ekranda görür
və prostat vəzi toxumasının parçalarını çıxarır, qanayan damarları yandırır. Hər
iki əməliyyatın ümumi mənfi cəhəti – hər ikisi hospitalizasiya tələb edir və
nisbətən uzunmüddətli əməliyyatdan sonrakı perioda malikdir.
Kişilərə
5 faydalı məsləhət
- Məşq edin. Uzun müddət oturaq vəziyyət kiçik çanaq orqanlarında qanın durğunluğuna səbəb olur ki, bu da adenomanın inkişafına səbəb olur. Ona görə də özünüz üçün hər bir saatdan bir yerindən qalxmaq kimi qayda müəyyən edin – məşq etməsəniz də, heç olmasa bir qədər gəzinin.
- Cinsi münasibətlərinizi tənzimləyin. Qanın durğunluğunun aradan qaldırılmasının ən yaxşı üsulu – müntəzəm yaxınlıqdır. İntim münasibətlər adenomanın həm əmələ gəlməsini, həm də inkişafını xeyli ləngidə bilər. Ona görə də, xanımlar (əgər bu məqaləni oxuyursunuzsa), öz partnyorlarınızı bu xoş və faydalı müalicə üsulundan məhrum etməyin.
- Qəbul etdiyiniz dərmanları (digər xəstəliklərə qarşı) dəyişin. Bir sıra dərman vasitələri adenomanın simptomlarını pisləşdirə bilər: bəzi antihistamin preparatları, sidikqovucu və ödeməleyhinə dərman vasitələri (nazal spreylər daxil). Həkiminizlə məsləhətləşin, bu qəbildən dərman qəbul edirsinizsə, həkiminizin tövsiyəsi ilə dəyişin.
- Axşama doğru maye qəbul etməyin. Sizdə adenoma varsa, gecə tualetə az getməniz üçün yatmağa bir neçə saat qalmış su və yaxud başqa maye içməyin.
- İldə bir dəfə onkomüayinəyə gedin. Prostat vəzi böyümüş pasientlər ildə bir dəfə PSA (prostat spesifik antigen) analizi verməlidir. Bu bədxassəli törəmənin xüsusi markeridir.
Özünüzdən müğayət olun!
SUAL-CAVAB
Prostatın
ölçülərini necə azaltmaq olar?
Prostat vəzisinin
adenoması potensiyaya təsir edirmi?
Prostatın adenoması xərçəngə çevrilə bilərmi?
Prostat vəzin adenomasını isitmək olarmı?
Baxmayaraq
ki, PVXH-nın xalq təbabətində ən yayılmış müalicəsi onun isidilməsidir,
özbaşına prostat vəzin adenomasını isitmək olmaz. Kişi cinsi orqanlarının hər
cür isidilməsi daha çox ziyan verir nəinki xeyir. Amma tibbi kontrol altında
digər müalicə ilə kompleksdə həqiqətən də orqanların isidilməsi təyin edilir.
Bundan başqa, yalnız həkim prostat vəzin adenomasında isidilmə prosedurunun
aparılmasına qərar verə bilər. Belə ki, bəzi hallarda onu, hətta tibbi kontrol
altında belə isitmək qəti surətdə olmaz. Bu, xoşxassəli hiperplaziya fonunda onkoloji
prosesə təkan verə bilər.
Prostat vəzin adenoması zamanı nə yemək faydalıdır?
Prostat vəzin adenoması zamanı pəhriz gözləmək vacibdir. Belə ki, adenoma üçün düzgün qidalanma sağlamlıq və terapevtik terapiyanın effektivliyini qorumağın yollarından biridir. PVXH üçün əsas qida tələbləri: yeməkdə böyük fasilələr olmadan gündəlik rasionu kiçik hissələrə bölmək, rejimə riayət etmək (yeməkləri eyni vaxtda yemək üçün planlaşdırmaq yaxşıdır), şirniyyatların, ət yeməklərinin (xüsusilə qırmızı) və balığın istehlakını minimuma endirmək, qızardılmış, duzlu və yağlı yeməkləri istisna etmək, rasiona işlədici təsir göstərən qidaları, buxarda hazırlanmış və ya suda xaşlanmış (qaynadılmış) qidalar əlavə etmək tövsiyə olunur.
Çalışın sağlam qalın!!!
Fəxrəddin Əfəndiyev, MD/Ph.D
No comments:
Post a Comment