Sanator-kurort müalicəsi nədir?
Sanator-kurort müalicəsi təbii müalicə vasitələrindən istifadəyə əsaslanan profilaktik, müalicəvi və reabilitasiya məqsədi ilə ixtisaslaşmış tibb müəssisələri (sanatoriyalar, sağlamlıq mərkəzləri, SPA otellər) tərəfindən, bu müalicə və istirahət zonalarında yerləşməklə göstərilən tibbi yardımı əhatə edir.
Sanator-kurort müalicəsi balneologiya, fizioterapiya, nutrisiologiya (dietologiya), müalicəvi bədən tərbiyəsi (MBT) və massaj kimi müalicə metodlarını və pasientlərə xidməti əhatə edən təbabətin ayrıca bir vacib sahəsidir. Eyni zamanda, bütün prosedurlar kurort zonası şəraitində həyata keçirildiyindən, buranın iqlim şəraiti də insanın sağlamlıq durumuna faydalı təsir göstərir, həmçinin fiziki gücün və psixoloji tarazlığın bərpasına kömək edir. Sanator-kurort müalicəsi haqqında danışarkən qeyd etmək lazımdır ki, hazırda klinik təbabətin praktik olaraq elə bir sahəsi yoxdur ki, bu metodun imkanlarından istifadə etməsin. Dayaq-hərəkət aparatının, daxili orqanların və oynaqların, qadın və kişi reproduktiv funksiyası xəstəlikləri, uşaqlarda və böyüklərdə xroniki tənəffüs orqanlarının xəstəlikləri, eləcə də bir çox başqa xəstəliklər sanatoriyalarda uğurla müalicə olunur və stabil remissiya mərhələsinə keçir.
👉 Sanatoriyanızı buradan bron edə bilərsiniz
Sanatoriyanı seçmək və terapiya kursunu necə təyin etmək olar?
- Mineral içməli su
- Kosmetik və müalicəvi masaj
- Aromaterapiya
- Palçıq müalicəsi və s.
Tibbi
prosedurlardan əlavə, müasir sanatoriyalar kosmetoloq, sağlam qidalanma və çəki
korreksiyası üzrə də ixtisaslaşmış tibbi xidmətlər göstərir.
Sanatoriyanın
həkimi müalicə və profilaktik prosedurların düzgün seçilməsinə, onların
sırasını və müddətini təyin etməyə kömək edəcəkdir. Sanatoriyaya gəldikdən və yerləşdikdən
sonra ilk günlərdə həkim sizinlə tanış olacaq və şikayətləriniz əsasında, əsas
xəstəliyin gedişatının xüsusiyyətlərini nəzərə alaraq fərdi şəkildə məhz sizin
üçün münasib prosedurlar proqramı olan sanator-kurort kartını tərtib edəcəkdir.
Müasir
sanatoriyalar yüksək komfortlu müalicə-profilaktika müəssisələridir. Avropanın
kurortlarında istirahət və bərpa müalicəsi sağlamlığınızı yaxşılaşdırmaq,
istirahət etmək və səyahət etmək üçün əla fürsətdir. Avropa səviyyəli
sanatoriyaların müasir şəraiti, ilk növbədə, rahatlıq və təhlükəsizlik
mühitidir. Müalicə-profilaktik prosedurlarla yanaşı, sanatoriyanın hər bir
qonağı keyfiyyətli qida və rahat yaşayış şəraiti ilə təmin olunur.
Ən yaxşı Avropa
sanatoriyalarında yalnız klassik ümumi sağlamlıq kursu keçməklə yanaşı, həm də
laboratoriya testləri, müasir aparat diaqnostikası, detoks qidalanma kursu, kosmetik
prosedurlar və ya cavanlaşdırıcı vitamin inyeksiyaları etmək imkanı cəlbedicidir.
Təbii amillərə əsaslanaraq kurort seçimi
Sağlamlaşdırıcı
turlar sizə sağlamlığın bərpası proqramlarında iştirak edən müəyyən bir ölkənin
təbii amilləri ilə tanış olmaq imkanı verir.
Əsas olanlar
haqqında danışaq:
Balneoterapiya
Bu, müxtəlif
xəstəliklərin müalicəsi və qarşısının alınması üçün təbii mineral suların
istifadəsidir.
Karbon
dioksid, hidrogen sulfid, natrium xlorid, azot və radon suları əsasında müalicəvi
vannalar, sualtı masaj duşları, inhalyasiya və yerli termal sudan istifadə edərək
digər prosedurlar təklif olunur.
Balneoterapiya
dayaq-hərəkət aparatının, nevroloji pozğunluqların, xroniki yorğunluğun, ürək-qandamar
xəstəliklərinin və digər patologiyaların müalicəsində əvəzolunmazdır.
Mineral su kursu
Talassoterapiya
Dəniz iqlimi,
duz, su və yosunlarla müalicə üsuludur. Talassoterapiya institutları Aralıq dənizi
və Atlantik okeanı sahillərində yerləşir. Xüsusi borular vasitəsilə dəniz suyu
birbaşa onların hovuzlarına və isti vannalarına axır. Dəniz yosunu sarğıları,
müalicəvi duzlu su duşları, hidromasajlar və duzlu pilinglər misilsiz kosmetik,
ağrıkəsici və immun-modelləşdirici təsirə malikdir.
Palçıq terapiyası
Bel və oynaq
problemləri üçün kimyəvi ağrıkəsicilərə və iltihab əleyhinə dərmanlara ən ciddi
alternativlərdən biridir. Üzvi və mineral palçıqdan hazırlanmış kompresslər, aplikasiyalar,
vannalar və sarğılar ən xoş kurort təəssüratlarıdır, onların effektliliyini dəyərlndirməmək
imkansızdır.
👉 Sanatoriyanızı buradan bron edə bilərsiniz
Müalicəvi proqramlar
Sanatoriyalarda
istifadə olunan müalicəvi proqramlar sanator-kurort müalicəsinin tərkib hissəsidir.
Burada müxtəlif xroniki xəstəliklərin yüksək keyfiyyətli profilaktikası, həmçinin
orqanizmin vəziyyətinin hərtərəfli diaqnostikası aparılır.
Müxtəlif xəstəliklərin dəqiq diaqnostikası və profilaktik müalicəsi üçün Çexiya, İtaliya, Sloveniya, Litva, Latviya, Macarıstan və s. sanatoriyaları xəstəliyin profilindən asılı olaraq individual olaraq tələbata uyğun hazırlanmış müxtəlif müalicəvi proqramlar təklif edirlər. Müalicəvi proqramlar, kateqoriyasından asılı olaraq, bilavasitə xəstəliyin müalicəsinə, istirahətə və stressin atılmasına, immunitetin artırılmasına, həmçinin bədən gücünün və tonusunun bərpa edilməsinə yönəldilmişdir.
Sizi müalicəvi proqramların spesifikasiyası ilə tanış olmağa dəvət edirik:
Kompleks müalicə proqramı
Kompleks
müalicə proqramları pasientin effektiv müayinə və müalicəsini təşviq edir. Fərdi
prosedurları təyin etməzdən əvvəl həkimlər hərtərəfli tibbi müayinə aparır,
analizlərin nəticələri təhlil olunur. Kompleks müalicə proqramlarının əsasını həm
müxtəlif prosedurlar, həm də termal mineral suları içmə kursları təşkil edir.
Proqrama daxildir:
- Seçilmiş kateqoriyaya uyğun 1-2 nəfərlik otaqlarda yerləşmə;
- Tam pansion qidalanma;
- Həkim tərəfindən ilkin və yekun müayinə;
- Laboratoriya testləri;
- Fərdi mineral su kursu;
- Gündə 3-4 prosedur
"Relax" müalicə proqramı
"Relax"
müalicə proqramı xüsusi prosedurlar sayəsində rahatlamağa və gücün bərpasına
kömək edir, stressdən, yorğunluqdan, yuxusuzluqdan və depressiyadan qurtulmağa
kömək edir. Yuxunu normallaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır, immun sistemi
gücləndirir, həmçinin həyat tonusunu artırır. Proqrama daxildir:
- Seçilmiş kateqoriyaya uyğun 1-2 nəfərlik otaqlarda yerləşmə;
- Tam pansion qidalanma;
- Tibbi müayinə;
- Qaldığınız müddət ərzində 7-10 SPA proseduru;
- Müalicəvi mineral su kursu;
- Hovuza sərbəst giriş;
- Sauna;
- Xalat
“Wellness” müalicə proqramı
“Wellness”
proqramı sağlamlığınızı yaxşılaşdırmaqla yanaşı, rahat və xoş mühitdə gündəlik
qayğılardan uzaqlaşmaq üçün əla üsuldur. Burada həm istirahət proqramları, həm
də kosmetik prosedurlarla müalicəvi üsullardan istifadə edən sağlamlıq və gözəllik
proqramları təqdim olunur. Bu proqramın üstünlüyü ondan ibarətdir ki, həkim tərəfindən
təyin olunmur. Hər kəs özünə uyğun olan “wellness” proqramlarından birini seçir.
Əgər proqramın seçimində çətinlik çəkirsinizsə, sanatoriyanın ixtisaslı mütəxəssisləri
sizə kömək edəcək. Proqrama daxildir:
- Seçilmiş kateqoriyaya uyğun 1-2 nəfərlik otaqlarda yerləşmə;
- Tam pansion qidalanma;
- Hər qonağa “Wellness” hədiyyəsi;
- Hər gün iki prosedur 20 dəqiqə;
- Üzgüçülük hovuzu və saunaya sərbəst giriş
"Vital" müalicə proqramı
“Vital”
müalicə proqramının əsas xüsusiyyəti mineral su içmə müalicədir. Bunun üçün su
birbaşa mineral bulaqlardan alınır. Düzgün müalicə üçün sanatoriya həkimi fərdi
olaraq hər bir xəstə üçün içmə kursu təyin edir. Proqram 7 və daha artıq günlük
müalicə üçün nəzərdə tutulub və bu müddət ərzində sanatoriyanın effektiv
prosedurlarından və ənənəvi müalicə üsullarından da yararlana biləcəksiniz. Proqrama
daxildir:
- Seçilmiş kateqoriyaya uyğun 1-2 nəfərlik otaqlarda yerləşmə;
- Tam pansion qidalanma;
- Xoş gəldin kokteyli;
- Giriş tibbi müayinəsi;
- Həkimin göstərişi ilə laboratoriya testləri;
- Müalicəvi mineral su kursu;
- Tibb bacısı dəstəyi (24 saat);
- Həftədə 13-ə qədər müalicə proseduru;
- Yekun tibbi müayinə;
- Dietoloqla konsultasiya imkanı
“Detoks” müalicə proqramı
“Detoks”
proqramı orqanizmi tullantılardan və toksinlərdən təmizləməyə, gücü və
sağlamlığı bərpa etməyə imkan verir. Qaraciyərin, öd kisəsinin fəaliyyətini
yaxşılaşdırmağa, həzmi yaxşılaşdırmağa kömək edir və stressi aradan qaldırır.
Bu müalicə proqramı detoksikasiya sahəsində böyük təcrübəyə malik mütəxəssis tərəfindən
tərtib edilir. Əhəmiyyətli orqanların fəaliyyətini yaxşılaşdıran “detoks”
proqramı sağlam həyat tərzi keçirməyən insanlar üçün idealdır. Proqrama
daxildir:
- Seçilmiş kateqoriyaya uyğun 1-2 nəfərlik otaqlarda yerləşmə;
- Tam pansion qidalanma;
- Qarşılanma içkisi;
- Həkimlə məsləhətləşmə;
- Müalicəvi mineral su kursu;
- Qaldığınız müddətdə 10 prosedur;
- Gündə 1 dəfə müalicəvi bitkilərdən çay;
- Gündə 1 dəfə təzə tərəvəz və ya meyvələrdən ibarət kokteyl;
- Dietoloqla konsultasiya imkanı.
“Antistress” müalicə proqramı
“Antistress”
müalicə proqramı sakit və xoş bir mühitdə stressin mənfi təsirindən qurtulmağa
mükəmməl kömək edir. Fərqli mühit, mənzərəli meşə parklarında gəzinti,
bitki vannaları, masaj, inhalyasiya və bir çox başqa prosedurlar stresslə
mübarizəyə faydalı təsir göstərir. Bundan sonra siz yeni güc və əla əhval-ruhiyyə
ilə fəaliyyətinizi davam etdirəcəksiniz. Proqrama daxildir:
- Seçilmiş kateqoriyaya uyğun 1-2 nəfərlik otaqlarda yerləşmə;
- Tam pansion qidalanma;
- Qarşılama içkisi;
- Həkimlə məsləhətləşmə;
- Qaldığınız müddətdə 10 prosedur;
- Gündə 1 dəfə enerji içkisi;
- Gündə 1 dəfə bitki çayı;
- Dietoloqla konsultasiya imkanı
No comments:
Post a Comment